Bu gün Azərbaycan Premyer Liqasının XXXIII turunun daha iki qarşılaşması baş tutacaq.
Qanunla.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” doğma meydanda “Səbail”lə üz-üzə gələcək.
Şamaxı şəhər stadionunda təşkik olunacaq matçı Elçin Məsiyev idarə edəcək.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 35 xalla 7-ci, Elvin Məmmədovun isə 21 xalla sonuncudur.
Günün digər oyununda “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək.
“Bank Respublika Arena”da baş tutacaq görüşdə ədaləti FIFA referisi Kamal Umudlu qoruyacaq.
“Bayquşlar” 40 xalla 5-ci, Muxtar Respublika təmsilçisi isə 54 xalla 3-cüdür.
Azərbaycan Premyer Liqası
XXXIII tur
3 may
17:00. “Şamaxı” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu
19:30. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Liv Bona Dea Arena”