image-qanunla-reklam
image-8af07ccb023bcc9a6576ab360cbb5a3b_3773659

Bu mötəbər tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə olmasının göstəricisi idi

image-lady-day-az

Bu mötəbər tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə olmasının göstəricisi idi

Yeni geosiyasi çağırışlar Avropa İttifaqı üçün enerji konsepsiyası məsələsini son dərəcə aktual edib. Onun əsas diqqəti enerji müstəqilliyinə nail olmaq və ya ən azı Rusiyadan enerji asılılığını mümkün qədər azaltmaqdır. Xüsusilə də davam edən Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda enerji təhlükəsizliyi böhranına səbəb olub və “Köhnə dünya”da mövcud enerji böhranını daha da dərinləşdirib.

Bu prosesdə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara görə Rusiyadan enerji təchizatında fasilələr yaranıb. Nəzərə alsaq ki, region dövlətləri enerji baxımından xüsusilə Rusiyadan asılıdır, indiki vəziyyət daha anlaşılan olur. Bu kontekstdə Azərbaycanın strateji əhəmiyyəti daha da artıb. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında səsləndirilən fikirlər və təkliflər də bunu təsdiqləyir.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları son dərəcə ciddi məqamlarla yadda qaldı. Avropa İttifaqının 23 ölkəsinin, bir sıra beynəlxalq təşkilatların və Avropanın maliyyə qurumları nümayəndələrinin qatıldığı bu mötəbər tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə olmasının göstəricisi idi.

Müzakirələrin əsas mövzusu Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə nəqlində davamlı artımın təmin edilməsi yollarının müzakirəsi idi. Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsonun sözlərinə görə, 2020-ci ilin sonundan, yəni, Azərbaycanın Aİ-yə müntəzəm qaz tədarükünə başladığı vaxtdan bəri təxminən 46 faiz sabit artım müşahidə olunub. Ötən il Avropa 11 milyard kubmetrdən çox Azərbaycan qazı alıb. Amma Kadri Simsonun qeyd etdiyi kimi, 2027-ci ilə qədər bu həcmi 20 milyard kubmetrə çatdırmaq üçün mövcud qaz infrastrukturunun modernləşdirilməsi tələb olunacaq. Azərbaycan artıq Aİ ilə mühüm strateji tərəfdaşlığı həyata keçirməyə başlayıb, Avropaya qaz ixracının 46 faiz artmasını təmin edib və istehlakçı ölkələrin sayını 8-ə çatdırıb.

Rəsmi Bakı etibarlı nəqliyyat dəhlizlərinin təmin edilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarlarına ixracının şaxələndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Belə bir strategiya ölkənin qlobal enerji bazarında mühüm oyunçulardan birinə çevrilməsinə imkan yaratmaqla yanaşı, həm də dünyanın mövcud enerji təhlükəsizliyinə mühüm töhfə verib. Mübaliğəsiz demək olar ki, Azərbaycan bu gün “Köhnə dünya”nın yeni enerji xəritəsini çəkir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

Cənub Qaz Dəhlizi etibarlı mənbədən təbii qazın fasiləsiz tədarükünə zəmanət verən strateji layihə kimi özünü təsdiq edib

Əgər əvvəllər Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməyə yeni başlayanda ölkənin qaz mənbələrinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcəyinə şübhə ilə yanaşan müəyyən dairələr var idisə, bu gün vəziyyət kəskin şəkildə dəyişib. Aİ-nin qaz və neft idxalından kritik asılılığı şəraitində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib və Cənub Qaz Dəhlizində öz rolunu artırmaq imkanı əldə edib.

Siyasi şərhçinin sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırıb: “Xəzər dənizinin qaz ehtiyatları Aİ-nin mərkəzi ölkələrinə yeni dəhliz vasitəsilə çatdırılacaq ki, bu da təxminən 45 milyard dollar investisiya tələb edir. Hazırda daha çox Avropa dövlətləri Azərbaycan qazının tədarükünə maraq göstərirlər. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarındakı çıxışında bildirib ki, bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir və onlardan altısı Avropa ölkəsidir. Hazırda Azərbaycan etibarlı enerji təchizatını təmin etməklə və tranzit infrastrukturunu inkişaf etdirməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Ölkəmiz beynəlxalq təşkilatlar və şirkətlərlə yanaşı, enerji sektoruna da əhəmiyyətli investisiyalar yatırır və beynəlxalq bazarlara neft, təbii qaz, neft-kimya, elektrik enerjisi ixrac edir. Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson da qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün mühüm enerji müttəfiqidir.

Doğrudur, qaz istehlakının azalması Avropada iqtisadi tənəzzülə səbəb olmayıb. Ancaq belə bir manevr üçün resursların məhdud olması hamıya məlumdur. “McKinsey Energy Insights” şirkətinin Avropa qaz alıcıları arasında apardığı sorğunun nəticələrinə görə, istehsalçıların 57 faizi hasilat həcmini saxlamaqla qaz istehlakını daha da azalda bilməyəcək. Buna görə də, Avropanın lazımi enerji təchizatını təmin etmək üçün kommersiya, texnoloji və geosiyasi həllərə ehtiyacı var. Vəziyyətdən çıxış yollarından biri Azərbaycan kimi enerji istehsalçıları ölkələri ilə əməkdaşlığı daha da gücləndirməkdən ibarətdir. Azərbaycanın etibarlı tərəfdaş olması bu məsələdə münasibətlərin daha böyük uğurlar əldə etməsinə imkan yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib: “Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”.

Azərbaycanın qlobal enerji bazarında əvəzolunmaz oyunçulardan biri kimi statusu ardıcıl olaraq möhkəmlənir. Cənub Qaz Dəhlizi etibarlı mənbədən təbii qazın fasiləsiz tədarükünə zəmanət verən strateji layihə kimi özünü təsdiq edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın gələcək planları qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdən ibarətdir. Bakı ilə Brüssel energetika sahəsində münasibətləri daha da dərinləşdirməkdə qərarlıdırlar. Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsonun müzakirələrdən sonra “Avropa İttifaqı Azərbaycanla birlik ölkələrinə qaz tədarükünü artırmaq barədə razılığa gəlib” fikri bu reallığı təsdiqləyir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Bu gün Azərbaycan səkkiz ölkəyə qaz nəql edir və onlardan altısı Avropa ölkəsidir

Martın 1-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir çox digər vacib məsələlərlə yanaşı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni perspektivləri də müzakirə olunub. Mötəbər tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, ötən dövr ərzində bu əməkdaşlıq enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.

Möhtərəm dövlət başçımız Məşvərət Şurasının bütün toplantılarında müzakirə olunan enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyinin hər zaman ardıcıl olduğunu diqqətə çatdırıb.” Enerji təhlükəsizliyinin təmin olunmasının hər bir ölkənin milli təhlükəsizlik məsələsi olduğu nəzərə alınmaqla, bu gün Avrasiyada mövcud olan geosiyasi vəziyyət görülən işlərin son dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizinə artıq bir çox marşrutlar üzrə interkonnektorların əlavə edilməsi də bu layihənin müstəsna əhəmiyyətindən xəbər verir.”

Bu gün Azərbaycan səkkiz ölkəyə qaz nəql edir və onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsinin durması Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir. Məhz bu səbəbdən də Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın bundan sonra da interkonnektorlar şəbəkəsinin Avropada daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı. Bu gün Azərbaycan Avropada qaza olan tələbatı ödəmək üçün qaz mənbələrinə də, nəqliyyat marşrutlarına da sahibdir. Dövlət başçımızın qeyd etdiyi kimi, hazırda Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı da əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Ölkəmizin qaz ehtiyatlarının qiymətləndirilməsi bunu deməyə əsas verir ki, uzun illərdən bəri Azərbaycanda guya ki, kifayət qədər qaz olmadığı barədə yayılan şayiələr tamamilə əsassızdır və ölkəmizə qarşı davamlı olaraq aparılan qərəzli kampaniyanın tərkib hissəsidir.

Məlum olduğu kimi, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Öz çıxışında bu məsələyə ətraflı toxunan cənab Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Azərbaycanın nəhəng bərpaolunan enerji ehtiyatları ölkəmizin yaxın gələcəkdə “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə imkan verəcək. COP29-un bu il Azərbaycanda keçirilməsi barədə qəbul edilmiş qərar da ölkəmizin yaşıl gündəliyini bir daha nümayiş etdirir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın keçdiyi inkişaf yolunun və onların fonunda qarşıda dayanan hədəflərin təqdimatıdır

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasında özünün aydın ifadəsini tapır. Regional çərçivədə başlanan əməkdaşlıq zaman keçdikcə beynəlxalq miqyas aldı. Bu, ölkəmizin etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyinin möhkəmlənməsindən irəli gəlir. Azərbaycanın yeni neft strategiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə əsasən bu fikri xüsusi qeyd etmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ulu Öndər, eyni zamanda, bu tezisi də irəli sürmüşdur ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə xidmət edən mühüm addımlarındandır. Belə ki, 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə ölkəmizin uğurla həyata keçirilən enerji layihələrində önəmini aydın şəkildə görmək mümkündür. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyuldu. Həmin mərasimdə cənab İlham Əliyev bu mühüm addımı görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Təbii ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrilməsəydi, bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. Azərbaycanın hər layihəni uğurlu sonluqla başa çatdırması ölkəmizin malik olduğu potensialın təqdimatında əhəmiyyətli rol oynayır. Keçirilən Neft-Qaz Sərgiləri, enerji samitləri, həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 2015-ci ildən etibarən hər il ənənəvi olaraq baş tutan nazirlərin toplantısı ölkəmizin enerji sektorunda əldə etdiyi uğurların geniş təhlilinə imkanlar yaradır. Toplantılar çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna aydınlıq gətirir.

Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın keçdiyi inkişaf yolunun və onların fonunda qarşıda dayanan hədəflərin təqdimatıdır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində martın 1-də Bakıda öz işinə başlayan nazirlərin 10-cu toplantısında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olundu. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak etdilər. Toplantının açılış mərasimindən sonra davam etdirilən sessiyaların mövzularına diqqət yetirmək kifayətdir ki, hazırkı dövrün əsas çağırışları barədə aydın təsəvvür yaransın. “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzuları ətrafında aparılan müzakirələrdə Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29-un ölkəmiz üçün əhəmiyyəti xüsusi qeyd edildi. Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirildi. Qeyd etdiyimiz kimi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən hər il keçirilir və bu il tədbirin 10 ili tamam olur.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir

Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlığa, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir. Dövlət başçısı İlham Əliyev toplantıdakı çıxışında bildirdi ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Sözümüz imzamız qədər dəyərlidir. Belə bir əminlik də ifadə olundu ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək. Çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Azərbaycanın mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyini hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gündə belədir. Şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir.

Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Prezident İlham Əliyev toplantıdakı çıxışında onu da qeyd etdi ki, Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Azərbaycan zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir. Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tutur.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

Qarşılıqlı etimadın, həmrəyliyin günbəgün artması qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir

Hər dövrün öz çağırışı vardır. Müstəqilliyimizin bərpasından ötən 33 ilə yaxın dövrün təhlili fonunda Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Tarixən neft ölkəsi olan Azərbaycan bu gün bərpaolunan enerji mənbələri ilə diqqətdədir. Cənab İlham Əliyev toplantıda diqqəti Azərbaycanın COP29-a ev sahibliyinə yönəldərək bu mühüm məqamı vurğuladı ki, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Neftimizin olması ən böyük nöqsanımız hesab olunmuşdur. Bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər: “Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq. Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir. Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir”.

Qarşılıqlı etimadın, həmrəyliyin günbəgün artması qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Toplantıda Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi geniş müzakirə olundu. Bu mühüm addım, eyni zamanda, digər hər hansı qaz layihələri elə icra edilməlidir ki, ekoloji tarazlığın təmin olunmasına ziyan dəyməsin. Bu, Azərbaycanın ciddi niyyətini, siyasətini və səylərini nümayiş etdirir. Bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq. Bu da Cənub Qaz Dəhlizinə əlavə bir töhfə olacaq. Cənub Qaz Dəhlizi layihəsi həqiqətən də uğur hekayəsidir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

Bu gün regionun lider dövləti olan Azərbaycan dünya ölkələri üçün əməkdaşlıq baxımından ən cazibədar ölkələr sırasında ön pillələrdən birini tutur

Azərbaycanın enerjinin şaxələndirilməsi istiqamətində yürütdüyü siyasət Azərbaycanın milli təhlükəsizliyi ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına, o cümlədən Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarına çıxarılmasında çox mühüm rol oynayır.

Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bu məsələnin vacibliyini xüsusi olaraq vurğulayıb.

“Əməkdaşlığın yeni perspektivləri, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir”, – deyə Prezident İlham Əliyev vurğulayb.

Bu gün regionun lider dövləti olan Azərbaycan dünya ölkələri üçün əməkdaşlıq baxımından ən cazibədar ölkələr sırasında ön pillələrdən birini tutur. Bu məsələdə xüsusi yerə malik olan sahə isə məhz enerji resurslarıdır ki, bu istiqamətdə Azərbaycan ən etibarlı tərəfdaş hesab olunur.

Təkcə ölkəmizin enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində həyata keçirdiyi işlər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı etibarlı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət edib və etməkdədir:

“Azərbaycan enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyin təmin olunması istiqamətindəki siyasətini həyata keçirərkən nə qədər çətinliklərlə üzləşsə də, bu, milli təhlükəsizlik məsələsi olduğundan yürütdüyü siyasətdə ardıcıl olub.

Çətinliklərdən və yaradılan əngəllərdən geri çəkilməyib. Ortaya qoyulan qətiyyətli və cəsarətli siyasət nəticəsində bütün çətinliklər, hətta dövlətçiliyə yaradılan təhdidlər belə dəf edilib. Bunun nəticəsidir ki, Azərbaycan neft-qaz sahəsində deyil, artıq “yaşıl enerji” sahəsində də Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində konkret addımlar atmaqdadır.

Artıq “yaşıl enerji”nin Avropa çatdırılması məqsədi ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın hakimiyyət orqanları Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirir. Bu məsələ martın 1-da Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında da müzakirə edilib və tərəflər arasında razılıq əldə edilib.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Azərbaycan zamanında qlobal geosiyasi proseslərə çevik reaksiya verib adekvat siyasət yürütməklə bu uğurlara imza atıb

Sualtı elektrik kabeli davamlı enerji ötürülməsi zəncirinin təmin edilməsində həlledici rol oynayacaq. Qara dəniz dibindən çəkiləcək kabel layihəsi enerji təhlükəsizliyinin daha geniş formada təmin edilməsi baxımdan mühüm addımdır. Bu da nəticə etibarı ilə təkcə sazişi imzalayan ölkələr arasında deyil, bütövlükdə Qara dəniz hövzəsi və Avropa ölkələri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.

Bu layihə alternativ enerji təminatı baxımdan çox böyük əhəmiyyətə malik transmilli layihə olacaq. Çünki iqlim dəyişikliyinə qarşı mübarizədə alternativ enerji istahsalı və ixracatı dünyada çox ciddi rol oynayacaq. Azərbaycanın bu təşəbbüsü gələcəyə hesablanan çox strateji hədəfidir. Bu Azərbaycanın Avrasiya coğrafiyasındakı əhəmiyyətli rolunu artırmağa və aparıcı rola və imkanlara malik ölkə olduğunu ortaya qoyacaq. Yəni bu layihə Azərbaycanın geosiyasi proseslərdə ciddi oyunçu kimi oynamasına geniş imkanlar yaradacaq”.

Azərbaycan tamamilə yeni marşrut olan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa ölkələrini daha geniş şəkildə qazla təmin etmiş olacaq:

“Artıq bu marşrutdan innektorlar vasitəsi ilə müxtəlif ölkələri özlərini qazla təmin edir və bu proses davam etməkdədir. Gələcəkdə daha çox ölkə Xəzər hövzəsindəki qazdan istifadə edəcək.

Bununla da Azərbaycan Avrasiyadakı geosiyasi vəziyyətdən məharətlə yararlanmaqla bu coğrafiyanın enerji və logistik marşrut xətlərini yenidən müəyyən etməkdədir. Bu da Avrasiya coğrafiyasdında Azərbaycanın necə ciddi oyunçu olduğunu göstərən əsas amildir.

Azərbaycan zamanında qlobal geosiyasi proseslərə çevik reaksiya verib adekvat siyasət yürütməklə bu uğurlara imza atıb. Əminəm ki, qarşıdakı mərhələdə Azərbaycan bu istiqamətdə qoyduğu hədəflərə nail olacaq. Bu həm ölkəyə daha böyük həcmdə investisiyaların cəlb olunmasında, həm ölkəsinin iqtisadi vəziyyətinin inkişaf edərək əhalinin sosial vəziyyətinin yaxşılaşması, həm milli təhlükəsizliyinin etibarlı təmini, həm də beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində, yeni-yeni imkanların açılmasında öz müstəsna rolunu oynayacaq”.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

Qarşıdakı dövrlərdə də Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var

Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib:
Hazırda enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparır. 2022-ci ilin iyul ayında Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumu bu baxımdan önəmlidir. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında müxtəlif ölkələrin rəhbər şəxslərinin, yüksəksəviyyəli nümayəndələrinin iştirakı ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin mühüm əməkdaşlıq platformaları yaratdığını təsdiqləyir.

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında dərin məzmunlu çıxışı edib, mühüm mesajlar verib. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkələrindən biridir. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2023-cü ildə onun həcmi təxminən 11,6 milyard kubmetr olub. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcək. Dövlət başçısının dediyi kimi, Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir və bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı. Dövlət başçısının yeni enerji siyasətinin digər mühüm komponenti isə odur ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir.

Qarşıdakı dövrlərdə də Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var. Prezident toplantıda çıxışı zamanı bu barədə fikirlərini açıqladı. Dövlətimizin bu yöndə uğurlu siyasəti perspektivdə mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və imzaladığı bütün müqavilələri yerinə yetirir. Bütün bu amillər ölkəmizin dünyada nüfuzunu daha da artırır. Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi isə Azərbaycan Prezidentinin növbəti qələbəsi oldu. Dövlətimizin başçısı bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Azərbaycan Respublikası ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi uğurla təmin etməkdədir

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında Prezident İlham Əliyevin çıxışı cari sferada Azərbaycan və müttəfiqləri üçün yeni reallıqda birgə fəaliyyət üçün yol xəritəsi hesab oluna bilər.

Azərbaycan Respublikası özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi uğurla təmin etmək üzrədir: “Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, 8 dövlətə qaz nəql edir. Baxmayaraq ki müəyyən Qərb dairələri uzun illər, Azərbaycanın Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmaması barədə ardıcıl şayiələr tirajlayırdı. Lakin ötən dövrdə formalaşan tamamilə fərqli reallıq göstərdi ki, Prezident İlham Əliyevin özünün ifadə etdiyi kimi, “bu bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi”. Təbii ki, belə çirkab kampaniyalar Azərbaycanın qətiyyətini qıra bilməzdi və cənab İlham Əliyevin formalaşdırdığı konfiqurasiya həmin əsassız gedişlər seriyasına uğurlu cavab oldu. Xüsusən qütblərarası ziddiyyətin artdığı bir məqamda Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar, həmçinin Azərbaycan Prezidentinin iradəsi ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. Dövlət başçısının təbirincə desək, Azərbaycan qazına tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Digər tərəfdən, təməlində ilk növbədə Cənub Qaz Dəhlizi layihəsi dayanan Avropada istifadəyə verilmiş interkonnektor layihələri bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verir. Lakin buna baxmayaraq Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görür. Azərbaycan Prezidentinin Serbiyaya səfəri çərçivəsində, Serbiya-Bolqarıstan İnterkonnektorunun açılışı zamanı da bəyan etdiyi kimi, “Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır”. Beləliklə, Azərbaycan, hazırda yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin dövlət başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin Bakı iclasında da bəyan etdiyi kimi, “ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz”.

Bütün bunların fonunda, Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb: “Təsadüfi deyil ki, COP29 kimi mötəbər tədbirə bu il məhz Bakı ev sahibliyi edəcək. Düzdür, anti-Azərbaycan dairələr bu situasiyanı da fürsətə çevirərək qazıntı yanacağı ilə zəngin olan bir ölkənin COP-a ev sahibliyi edə bilməyəcəyi barədə kampaniya başlatdılar. Lakin Bakının mövqeyi kifayət qədər aydındır, “qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız bundan sonra, ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar”.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları son dərəcə ciddi məqamlarla yadda qaldı.

Avropa İttifaqının 23 ölkəsinin, bir sıra beynəlxalq təşkilatların və Avropanın maliyyə qurumları nümayəndələrinin qatıldığı bu mötəbər tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə olmasının göstəricisi idi.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki