image-qanunla-reklam
image-95192c98160752085339745890310177650

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir

image-lady-day-az

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.

Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. 27 sentyabr tarixindən başlayan ikinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Azərbaycan ordusunun qəhrəmanlığı, xalqımızın birliyi, nümayiş etdirdiyi həmrəylik bu qələbinin əsasını qoydu. Şəhidlərimizin canı, qanı hesabına Qarabağımız qarış – qarış düşmən əsarətindən xilas edildi.

Bu gün artıq Qarabağımız azaddır!

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun qazandığı qələbə tariximizə qızıl hərflərlə yazıldı. Xalqımızın 30 illik həsrətinə son qoyan bu möhtəşəm tarixi biz əzmlə, səbrlə gözləyirdik. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu daxili və xarici siyasəti uğurla davam etdirən layiqli lider Azərbaycanı günü – gündən inkişafa apararaq güclü bir dövlətə çevirdi. İkili standartlara, beynəlxalq ədalətsizliyə, təzyiqlərə baxmayaraq öz iradəsini və əzmini nümayiş etdirən cənab Prezident İlham Əliyev verdiyi sözləri əməlləri ilə təsdiq etdi. Azərbaycanın heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacağını, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyini, son qarış torpağını işğaldan azad edənə qədər vətən müharibəsini davam etdirəcəyini həm döyüş meydanında, həm də danışıqlar masasında bir daha dünyaya sübut etdi. Xalq-Ali Baş Komandan, xalq-ordu birliyi üzərində qurulan zəfər yürüşü ilə Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının bir qismini də uğurla icra etdi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi.Şuşa azad edildikdən bir gün sonra, noyabrın 9-da cənab Prezident İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir. Azərbaycan uzun müddət işğal altında olan əraziləri azad etdikdən sonra regionda əməkdaşlığın yeni prioritetləri açılmışdır. Hamı başa düşür ki, Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün bərqərar olması yeni regional əməkdaşlıqdan çox asılıdır. Bunun üçün üçtərəfli razılaşmada göstərildiyi kimi, ən yaxşı başlanğıc yol-nəqliyyat və enerji kommunikasiyalarının açılması ola bilər. Əslində, bu yeni əməkdaşlıq formatı gələcək inkişafda öz rolunu oynayacaq. Nəqliyyat kommunikasiyalarının açılması regionun bütün ölkələrinə – təkcə Azərbaycan və Ermənistana deyil, həm də Türkiyə, İran və Rusiyaya da fayda gətirəcək. Yeni reallığa uyğun olaraq kommunikasiyaların açılması sülhün, təhlükəsizliyin, sabitliyin, çiçəklənmənin və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyur ki, bu da investisiya axını və davamlı inkişaf deməkdir.! İkinci Qarabağ müharibəsi ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir.

Çox xoşbəxtik ki, bu tarixi, şərəfli anları yaşadıq, möhtəşəm qələbəyə şahidlik etdik.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı  Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki