image-qanunla-reklam
image-47550645

3 sentyabr 1991-ci il Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir

image-lady-day-az

“İllər keçdikcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür, fəaliyyətinin hər bir istiqaməti bir tədqiqat mövzusu kimi diqqətdə olur. Ümummilli Liderin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dünənimiz, bu günümüz və gələcəyimiz üçün gördüyü bütün işlərin aydın mənzərəsini yaradır. Vətən, xalq sevgisi atdığı hər bir addımın əsasında dayanıb. Azərbaycanı müstəqil, qüdrətli, xalqımızı yüksək rifah şəraitində görmək istəyən ulu öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi də Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir.

 

Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi nə qədər mürəkkəb bir dövrə təsadüf etsə də, bu illərin Azərbaycanın müstəqillik tarixində xüsusi yeri vardır: “Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, o illərdə nəinki Naxçıvan, eyni zamanda, Azərbaycan üçün tarixi qərarlar qəbul edilmişdir. Belə ki, o vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Bütün bu addımlar sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi.”

 

Aytac Məhərəmli.

YAP Nizami rayon təşkilatının məsləhətçisi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki