image-qanunla-reklam
image-1674199397_326600229_561310995651090_5197611634842704603_n-1

20 Yanvar hadisələri Ukrayna xalqına azadlıq verdi — SƏFİR

image-lady-day-az

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski 20 Yanvar hadisələri ilə bağlı paylaşım edib.

Qanunla.az  xəbər verir ki, paylaşım səfirin feysbuk səhifəsində yerləşdirilib.

“Qara Yanvar kimi tanınan 20 Yanvar 1990-cı il Azərbaycan tarixinin ən faciəli günlərindən biridir. Məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet maşını sovet ordusunun hərbi hissələrinə Bakıya daxil olmağı və dövlətinin müstəqilliyi və suverenliyi uğrunda mübarizə aparan Azərbaycanın dinc əhalisinə qarşı həyasızcasına qətliam törətmək barədə cinayət əmri vermişdir.

Bu dəhşətli gecədə 147 mülki şəxs öldürülmüş, 744 günahsız şəhər sakini yaralanmış, 400-dən çox insan qanunsuz olaraq həbs edilmişdir. Lakin totalitar rejim Azərbaycan xalqının iradəsini və ruhunu qıra, qorxuda, müstəqillik susuzluğunu boğa bilmədi.

Tezliklə “Qara Yanvar” hadisələri Sovet İttifaqının digər əsarət altında olan ölkələrində, o cümlədən Ukraynada müstəqillik hərəkatlarının güclənməsinə təkan verdi, bu ölkələrin xalqına çoxdan gözlənilən azadlığı verdi.

Başınız sağ olsun, unutmadıq”, – deyə diplomat yazıb.

Səfir bu gün Şəhidlər Xiyabanını ziyarəti zamanı çəkilən fotoları paylaşıma əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki