image-qanunla-reklam
image-314066546_839253663773736_1591303041451076284_n

Zərdabda “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirildi-FOTO

image-lady-day-az

3 noyabr 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayon MKS-in Mərkəzi Kitabxanasının təşkilatçılığı və Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin dəstəyi ilə 8 Noyabr -Zəfər Günü münasibətilə Şəhid ailələri, Vətən müharibəsi qaziləri ilə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirildi.

Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Zərdab rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Kamil Məmmədov, Zərdab rayon UADM- in direktoru Ləman Səfərəliyeva,  Ağdaş Regional Mədəniyyət İdarəsinin məsul əməkdaşları -Zəfər Hacıyev və Dəyanət Hüseynov, Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayonu üzrə nümayəndəsi Urfan Əhmədov, DÜDK-nin Ucar bölgəsi üzrə şöbəsinin nümayəndəsi Sədi Hüseynov , Aprel döyüşlərinin şəhidi Nurlan Abdullazadənin atası Rasim Abdullayev, Vətən müharibəsinin şəhidi mayor Rəhim Hüseynovun atası Qədir Hüseynov, Birinci Qarabağ müharibəsinin Şəhidi Vahid Rəhimovun anası Aliyə Rəhimova, Vətən müharibəsinin iştirakçısı leytenant Aqil Xəlilov, Vətən müharibəsinin iştirakçısı Şövqü Səfərəliyev, idarə,müəssisə ,təşkilat nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Zərdab rayon MKS-in direktoru Nailə Əliyeva açaraq, tədbir iştirakçılarını salamlayıb.

O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub.

UADM- in direktoru Ləman Səfərəliyeva vurğulayıb ki, böyük Qələbəmizin ilkin təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyevin başlatdığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə elə bir zəfər salnaməsi yazıb ki, bu barədə xarici ölkələrin qərargahlarında, hərb müəssisələrində tədqiqatlar aparılır. Əldə olunan bu Qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji tərəflərini qeyd edən komitə sədrinin birinci müavini tarixi Zəfərimizdə milli-mənəvi dəyərlərin rolunu da xüsusi vurğulayıb. O bildirib ki, milliyyətindən, dinindən, irqindən asılı olmayaraq hər bir vətəndaşımızın həqiqətən də bir yumruq kimi eyni amal uğrunda birləşməsi bizi qalib ölkəyə çevirdi.

Şəhud ailələri,qazilər və müharibə iştirakçıları onalara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Vüqar Rəhimov

image-314072968_438646801677184_3430902111976363685_nimage-313015738_782436216175161_8151418641073545957_nimage-314363516_546144570687424_4562993418573808992_nimage-314024466_546760310150271_7070155875950082391_nimage-312880898_656885089295789_3304295073563842603_nimage-314066546_839253663773736_1591303041451076284_nimage-313298680_1114495025938247_8046800992975739867_n-1image-314127522_1082277119156582_3538311703195595761_nimage-314021511_3188210148157827_8330246361370502676_nimage-314050742_1219657558762863_1367469074116779831_nimage-313980116_698864461549080_7016821436516915421_nimage-314315301_425704199756430_1446364742707464840_nimage-314396814_911174876533030_5261237201789903708_nimage-314381625_1214089692480373_2795625839973279414_nimage-314127529_5611508822263008_5868540980756546354_nimage-314025377_1102487903964294_5302432277951718212_nimage-313915675_1827081354323294_5150339036127457533_nimage-314397864_488347496402821_7559575377249365176_nimage-313494133_1778913585807617_5485337378805425504_nimage-314072973_612431230615988_117700885535635252_nimage-313721914_672038754600268_1810510811173677258_nimage-314437942_825723608476655_7330328864328190980_nimage-312807836_640520194392339_3814021317657878276_nimage-314433052_1338676130269925_5599130049103458406_n

image-314030000_795548194849467_7750638989292604562_nimage-313983545_484963856751934_4514138081043653252_nimage-313862768_704618353994751_2445649714315653588_nimage-312995898_832956991484810_4711113235713035168_nimage-314076028_524994035764194_1312256945346303777_nimage-313849604_420488840108098_6231912335609133798_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki