image-qanunla-reklam
image-409819595_2727148127442750_1159336668515105085_n

Zərdabda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı ümumrayon anım mərasimi keçirilib-FOTO

image-lady-day-az
Anım mərasimində rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qanunla.Az xəbər verir ki, mərasim iştirakçıları öncə Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra Heydər Əliyev Mərkəzində anım gününə həsr olunmuş foto və kitablardan ibarət sərgiyə baxış keçirilib.
Anım mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb. Qısa zaman ərzində Ulu Öndər xalqımızın əsrlər boyunca uğrunda çarpışdığı ən ümdə arzusunu reallığa çevirmiş, bizləri ən yüksək məqama – müstəqilliyə qovuşdurmuşdur. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi. 2023-cü ilin sentyabr ayında isə Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan qanunsuz silahlı qüvvələrinə qarşı keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam bərpa olundu. Ulu Öndər Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub.
image-409819595_2727148127442750_1159336668515105085_nimage-410088457_2727148150776081_3330711364599507087_nimage-409830602_2727148860776010_3153140631312337613_nimage-410079199_2727148897442673_7242617446451283554_nimage-409812241_2727149164109313_863320628264649740_nimage-410062553_2727149254109304_3350214547949694603_nimage-409820739_2727149564109273_9183776197701308439_nimage-409858969_2727149697442593_818601319716764406_nimage-409827498_2727149774109252_2291246482689828035_nimage-410089254_2727149844109245_4315971623939186617_nimage-410047984_2727150720775824_4068800019953501625_nimage-409815121_2727150754109154_1648578793802288241_nimage-409880344_2727150787442484_2762049143485935485_nimage-409793261_2727150867442476_4621979535040793057_nimage-409875550_2727150967442466_7037215171019494737_nimage-410106680_2727150900775806_3269186109699266089_nimage-409788468_2727151017442461_6129567435210998957_nimage-409862018_2727151067442456_1166082580122247765_nimage-410062376_2727151130775783_2568292634191659451_nimage-409874961_2727151180775778_2845574206631091939_nimage-410076476_2727151227442440_8332058137268076857_nimage-410093492_2727151534109076_2465522283967376689_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki