image-qanunla-reklam
image-e3cd6577-db1c-435e-827d-8e09a7e8f7d5

Zərdabda şəhidlərin xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirildi-FOTO

image-lady-day-az

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təsdiq etdikləri Əsasnaməyə uyğun olaraq oktyabrın 20-də Zərdab şəhər Mədəniyyət Mərkəzində şəhidlərin xatirəsinə həsr olumuş Cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmiş birincilikdə ilk öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.

 Qanunla.Az xəbər verir ki, tədbirdə iştirak və çıxış edən Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov 44 günlük haqq savaşımızda və Antiterror əməliyatında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı qələbəsindən, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasından bəhs etdi, gənc idmançıların yetişdirilməsi prosesinin davamlı olaraq həyata keçirildiyini diqqətə çatdıraraq iştirakçılara uğurlar arzu etdi.

Daha Vətən Müharibəsinin Zərdab rayonundan olan şəhidi baş leytenanat Ağaqardaş Abbasovun atası İlham Abbasov, Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri Ələkbər Kərimov, Zərdab Gənclər evi SXM-nin direktoru Jalə Kərimli, Zərdab rayonunda fəaliyyət göstərən cüdo idman növü üzrə bölmənin məşqçi müəllimi Faiq Nuriyev çıxış edərək gənclərin vətənpərvər və sağlam ruhda boya başa çatmasında idmanın əhəmiyyətindən bəhs etdilər.

100-ə qədər idmançının mübarizə apardığı birincilikdə qaliblər aşağıdakı qaydada müəyyənləşmişdir ;

2013 – 2015-ci il təvəllüdlü idmançılar arasında
18 kq çəki dərəcəsində
Yusif Babazadə I yer (Zərdab)
Yusif Şirinov II yer (Zərdab)
Ömər Cabbarlı III yer (Göyçay)

21 kq çəki dərəcəsində
Əli Babazadə I yer (Zərdab)
Güvən Qasımlı II yer (İmişli)
Binad Həsrətli III yer (Göyçay)
Osman İsgəndərov III yer (Göyçay)

24 kq çəki dərəcəsində
Çingiz Həmidli I yer (Göyçay)
Əjdər Cəlalov II yer (Zərdab)
Cavid Məmmədov III yer (Göyçay)

27 kq çəki dərəcəsində
Elman Məmmədov I yer (Göyçay)
Nihad İmanov II yer (İmişli)
Yusif Niftəlizadə III yer (Zərdab)

30 kq çəki dərəcəsində
Elay Xəlilov I yer (Zərdab)
İbrahim Salmanlı II yer (Göyçay)
Fərdi İsazadə III yer (Zərdab)

34 kq çəki dərəcəsində
Məhəmməd Babayev I yer (Zərdab)
Eynur Qazıyev II yer (Zərdab)
Əli Xəlilov III yer (Göyçay)

38 kq çəki dərəcəsində
Toğrul Əliyev I yer (İmişli)
Bəhruz Mərdəliyev II yer (İmişli)
Ümüd Xəlilli III yer (Zərdab)

60 kq çəki dərəcəsində
İslam Abdullayev I yer (Zərdab)
Pünhan Fətəli II yer (Zərdab)

2010-2012-ci il təvəllüdlü idmançılar arasında
30 kq çəki dərəcəsində
Əkbər İsmayılzadə I yer (Zərdab)
Hüseyn Həsənli II yer (Göyçay)
Məhəmməd Salahlı III yer (Zərdab)

34 kq çəki dərəcəsində
Nihad Məmmədli I yer (Zərdab)
Nahid İsmayılzadə II yer (Göyçay)

38 kq çəki dərəcəsində
Okan Kərimov I yer (Göyçay)
Fəxri Məmmədov II yer (İmişli)
Elgün Mirzəyev III yer (İmişli)
Məmməd Fətizadə III yer (Zərdab)

42 kq çəki dərəcəsində
Ruhi Əsgərzadə I yer (İmişli)
Hüseyn Kərimli II yer (İmişli)
Murad Qəhrəmanlı III yer (Zərdab)

46 kq çəki dərəcəsində
Rəvan Məmmədov I yer (Göyçay)
Ömər Babayev II yer (Göyçay)
Şükür Məmmədli III yer (Zərdab)
Amal Cəfərli III yer (İmişli)

50 kq çəki dərəcəsində
Amid Cabbarov I yer (İmişli)
Nihad Əsədzadə II yer (İmişli)
Əlvan Kərimov III yer (Göyçay)
Amal Cəfərli III yer (İmişli)

Müxtəlif çəki dərəcələri üzrə qalib olmuş idmançılara diplom və medallar təqdim olundu.

image-bebdcde5-3ff2-4c92-902b-c7d3dd067ccbimage-17ece8c8-439e-4e40-a168-5829938d2fa8image-40fb07e0-b365-42a3-9fdd-f755e3b0402aimage-021f4416-ca58-4990-ae60-47e12bb109adimage-8ec609ab-c335-4688-ac97-a36472978648image-d1d024de-6fab-4891-b62a-c3ecf606d734image-941b56dd-f8c4-4852-9dec-3190462ec1fbimage-0ce3636a-3c32-43b2-8000-7cb689cb8fc5image-7bafe60e-b339-419a-8e3b-ba7c4f25644cimage-a747d8ee-7c0a-4c87-a46d-c41f68574ff7image-cb8b08d7-6fb2-4630-bc96-fb3e9a74f7ebimage-e92c9b1a-00cb-493e-9c30-4d2c848dd2beimage-e3cd6577-db1c-435e-827d-8e09a7e8f7d5


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki