image-qanunla-reklam
image-339116618_818632326363187_4294934680522907380_n

Zərdab rayonunda  31 Mart-Azərbaycanlıların soyqırımı  ilə əladədar tədbir keçirilmişdir-FOTO

image-lady-day-az

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Bu qanlı faciəyə əsil hüquqi qiymət məhz Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız  bu tarixi “31 Mart Azərbaycanlıların soyqırımı günü”  kimi  qeyd edir.

Qanunla.Az xəbər verir ki, Zərdab rayonunda  31 Mart-Azərbaycanlıların soyqırımı  ilə əladədar tədbir keçirilmişdir.Anım mərasimində Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP-nın Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, icra Aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri və müharibə veteranları iştirak ediblər.

İlk olaraq 31 Mart soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib dualar edilmişdir.Soyqrım qurbanlarından bəhs edilən rəsm sərgisi nümayiş olunub.Daha sonra soyqrım qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb.

Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi qanlı faciələrdən biri də 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. İştirakçılara 31 mart və 1-2 aprel tarixlərində qırğınların kütləvi şəkil alması, silahlanmış erməni əsgərlərinin dinc əhalini amansızcasına qətlə yetirmələri, qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımızın qəddarlıqla öldürülməsi, tarixi binaların, məscidlərin, məktəblərin dağıdılması barədə məlumat verilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci tarixli Fərmanı ilə bu hadisələrə ilk dəfə siyasi qiymət verilməsi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqlarının rəsmi surətdə bəyan edilməsi, habelə digər mühüm məqamlar xüsusi vurğulanmışdır.

Qeyd olunmuşdur ki, son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni qatillərinin vəhşiliyini və vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmış və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu kompleks ziyarət olunur.

 

Vüqar Rəhimov

image-338693116_785924729190781_2701832115048514587_nimage-339148620_120149704311958_7168066050140416341_nimage-339123316_9381805768503633_5927703300340168494_nimage-338826164_1995801450762563_2392444242789898599_nimage-338147322_991525051812140_2363618144000160530_nimage-338841590_142306472118662_8407018370829470111_nimage-339116618_818632326363187_4294934680522907380_nimage-338381315_223520513593703_6292446557713442675_nimage-338841665_148757471464886_6632384605277386670_nimage-339135766_221569770525554_4852112362957179488_nimage-339131457_1489846164877248_2153458098444427058_nimage-338820411_1193259511329774_1849139415675994317_nimage-338846246_964695244883189_3051961497401747250_nimage-339126048_1217766282208608_9040488456103583880_nimage-338833639_3400062776920829_8264503159380971231_nimage-339129722_760613775768172_6593893291134222274_nimage-338585935_766590744995703_8193476281405874976_nimage-338829168_897549624887973_6208853902474424657_nimage-339146022_948849426114676_8510242647772114963_nimage-338176010_1273941316667192_5965540879865771205_nimage-339118768_747171930115399_6059771101124568869_nimage-339123693_595165345992120_5052311854869413570_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki