image-qanunla-reklam
image-fb_img_1724418214151

Zərdab rayon sakinləri RİH-nin başçısı cənab Mərdan Camalzadəyə təşəkkür etdilər-FOTO

image-lady-day-az

Zərdabda abadlıq və quruculuq işləri sürətlə həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində bütün ölkə ərazisində olduğu kimi Zərdab rayonunda da genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir

Qanunla.Az xəbər verir ki, Ramiz Kərimov dalan 2  küçəsində yaşayan sakinlər yaşadığları küçənin yararsız vəziyyətdə olması ilə bağlı Zərdab rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadəyə və rayon Bələdiyyə sədri Bəhruz Qurbanova müraciət ediblər.

Sakinlər bildirirlər ki, yağış yağdıqda,yağış sularından küçədə gölməçələr əmələ gəlir və  palçıqdan uşaqlar məktəbə getməkdə çox əziyyət çəkirdilər.

Bununla bağlı Rayon rəhbərliyinə müraciət etdik müraciətimiz qısa müddətdə öz həllini tapdı. Buna görə şəxsən cənab başçı Mərdan Camalzadəyə və Bələdiyyə sədri Bəhruz Qurbanova təşəkkür edirik!

Bu gün göründüyü kimi küçəmizdə abadlıq işləri aparılıb və yola çınqıl daşları tökülərək sakinlərin rahat və təhlükəsiz hərəkətləri təmin edilib.

Bundan əlavə məlumat verək ki, rayonda abadlıq və quruculuq işləri çərçivəsində rayonun Şaiq Bayramov və Ceyhun Şamilov küçələrinə yeni işıqlanma dirəkləri quraşdırılaraq küçələrin işıqlanması işlərinə artıq start verilib.

Cari ildə Zərdab şəhərinin abadlaşdırılması işləri üzrə 5 küçənin işıqlandırılması nəzərdə tutulmuşdur.

Artıq Şaiq Bayramov küçəsində elektrik dirəkləri əkilmiş, xətt şəbəkəsi çəkilmiş və müasir işıq başlıqları qoyularaq küçənin işıqlanması təmin edilmişdir.
Həmçinin Ceyhun Şamilov küçəsində də işıqlanma işlərinə başlanmışdır. Artıq küçədə elektrik dirəklərinin əkilməsi üçün quyular qazılmış və yaxın günlərdə işlər başa çatdırılaraq sakinlərin istifadəsinə veriləcək.
İlin sonunadək nəzərdə tutulan digər küçələrdə də işıqlanma işləri həyata keçiriləcək.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Zərdab rayonunda “32 hektar” adlanan yaşayış massivinə gedən yol kənarlarına şam ağacları əkilib. Yol kənarında aparılan ağacəkmə aksiyası ilə yanaşı ərazidə təmizlik işləri də aparılıb.
Son günlər ümumilikdə rayon ərazisində 200 ədəd şam ağacı əkilib.

Həyata keçirilən abadlıq işləri çərçivəsində piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin olunması məqsədilə Heydər Əliyev prospektində piyadalar üçün ayrılan səkidə aparılan təmir işləri zamanı yararsız vəziyyətə düşmüş tametlər sökülərək tamamilə yenidən bərpa olunur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Rayonda aparılan abadlıq-quruculuq işlərinə, onlara göstərilən  diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə , Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbəri cənab Mərdan Camalzadəyə öz minnətdarlıqlarımızı  bildiririk.

Vüqar Rəhimov

image-fb_img_1723878002641 image-img_20240823_101029 image-img_20240823_103331 image-img_20240823_103421 image-img_20240823_103643 image-img_20240823_104342 image-img_20240823_105109 image-img_20240823_110118 image-img_20240823_110121 image-img_20240823_114554 image-img_20240823_114600 image-img_20240823_114606 image-img_20240823_114640 image-img_20240823_114930 image-fb_img_1724417972082 image-fb_img_1724417990551 image-fb_img_1724417993769 image-fb_img_1724418002926 image-fb_img_1724418007537 image-fb_img_1724418012266 image-fb_img_1724418017098 image-fb_img_1724418024629 image-fb_img_1724418031648 image-fb_img_1724418034350


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki