Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının müvafiq əmri ilə Mirəbdullah Məzahir oğlu Həsənli Şuşa rayonunun imamı vəzifəsindən Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidinin imamı vəzifəsinə rotasiya edilib.
Komitədən “Qanunla.az”a verilən məlumata görə, o, yaxın günlərdə Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidində fəaliyyətə başlayacaq.