image-qanunla-reklam
image-320750196_647815630467961_4526014350049614165_n

“Xurşidbanu Natavan –Azərbaycan qadınının parlaq nümunəsi”

image-lady-day-az
22 dekabr 2022-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzdə fəaliyyət göstərən Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı şəhər kitabxana filialının, rayon 1 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Xurşidbanu Natavan–Azərbaycan qadınının parlaq nümunəsi” mövzusunda tədbir keçirilib.
Qanunla.Az xəbər verir ki, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Şairənin yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verən Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Xanım İmanova, Alagöz Namazova, Mərkəzdə fəaliyyət göstərən Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı şəhər kitabxana filialının müdiri İlhamə Qəribova X.Natəvanın ədəbi yaradıcılığı, gördüyü xeyriyyə işləri ilə yadda qaldığını qeyd ediblər.
Daha sonra tədbirin bədii hissəsində 1 saylı məktəb-liseyin şagirdlərinin ifasında şairənin 190 illiyi ilə əlaqədar onun şeirlərindən parçalar səsləndirilib.
Tədbirin sonunda şairənin kitablarına baxış keçirilib.
image-320574031_517385433689465_8345546497250457548_nimage-320750196_647815630467961_4526014350049614165_nimage-320704905_3424208257810265_4813770885038120423_nimage-320200668_2391490917682615_4516877207899920797_nimage-320792840_1135815830437454_7870793936986750842_nimage-321521964_3325895321056960_349067418040765873_nimage-320235721_2749346368534064_9040759894957805754_nimage-320518620_447075070799999_7597547158570645901_nimage-320221364_717677702911259_5616818956981544461_nimage-320078820_1665303277201098_7517981540896517193_nimage-320588888_1269845053578645_9078963482525197782_nimage-320688743_637738411373126_9123801332782512601_nimage-320432890_858131762094850_5295901405013746011_nimage-321099789_594456639108377_3374002938312921041_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki