image-qanunla-reklam
image-1671094468_1669710121_1663586687-2021-03-19-12-52-54mkw1n7mvgaxj5mycdmb0_file

“Xaricdə təhsil alanlar ölkəyə mənfi xüsusiyyətlər gətirir” – Siyavuş Novruzov

image-lady-day-az

“Kim Avropada təhsillə bağlı diplom gətirirsə, bütün strukturlar qaça-qaça onu işə götürürlər”.

Qanunla.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, Azərbaycanda 200 bal toplaya bilməyənlər xaricdə pul verib diplom alırlar, bütün strukturlar onları işə götürürlər ki, xaricdə təhsil alıblar:

“Bəs bizim universiteti bitirənlər necə olsun? Çalışmalıyıq ki, öz kadrlarımızı yetişdirək, təhsili inkişaf etdirməliyik. Xaricdə təhsil alanlar ölkəyə qayıdanda özləri ilə yeni əqidə, psixologiya, adət-ənənə, mənfi xüsusiyyətlər gətirir. Biz öz dövlətçiliyimizi qoyumalıyıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki