Donbasdakı Ukrayna qoşunları Rusiya ordusunun ciddi təzyiqi altındadır, mövqelərini təslim etmək məcburiyyətindədir və onlar üçün vəziyyət kritikləşir.
Qanunla.Az xəbər verir ki, bunu “Die Velt” məlumat yayıb.
Məlumatda Toretsk aqlomerasiyası ən qaynar nöqtələrdən biri adlandırılıb:
“Kiçik şəhər və kəndlər Toretskə bitişikdir və orada rus qoşunları bir neçə həftədir ki, Ukraynanın müdafiə xəttinə ardıcıl zərbə vururlar. Rusiya hərbçiləri artıq Toretsk ətrafına çatıb və bu ərazidə Ukrayna Silahlı Qüvvələri üçün çox həssas vəziyyət yaranır.
Beləliklə, Donbasdakı vəziyyət ukraynalılar üçün kritikdir. Düşünürəm ki, biz bunu açıq şəkildə etiraf etməliyik”.