image-qanunla-reklam
image-rus-esir

Ukrayna Kurskda əsir götürdüyü 103 rus hərbçini qaytardı

image-lady-day-az

Kursk ərazisində əsir götürülən 103 hərbçi Rusiyaya qaytarılıb.

Qanunla.Az bu barədə Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalında məlumat verilib.

Bildirilib ki, proses BƏƏ-nin humanitar xarakterli vasitəçiliyi ilə Belarus ərazisində baş tutub. Rusiya ilə Ukrayna tərəfinin nümayəndələri arasında aparılan danışıqlar nəticəsində sentyabrın 14-də vaxtilə Kursk ərazisində əsir götürülüb 103 hərbçi Rusiyaya qaytarılıb.

Eyni zamanda, Rusiya tərəfi də 103 ukraynalı hərbçini ölkəsinə təhvil verib.

Həyata keçirilən tədbirlərlə onların ailələri ilə əlaqə yaratmaq istəyi təmin olunub, habelə hər biri psixoloji və tibbi müayinədən keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki