Ukraynanı NATO-ya 2034-cü ildə qəbul etməyi planlaşdırırlar, halbuki o vaxta qədər Ukrayna mövcud olmaya bilər.
Qanunla.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev deyib.
“Əbəs yerə deyil ki, NATO-nun Baş katibi Stoltenberq bu yaxınlarda açıq şəkildə Ukraynanın alyansa daxil olmasını yaxşı ssenari hesab etdiyini dedi… 2034-cü ildə. Yəni heç vaxt”, – Medvedyev bildirib.


























