image-qanunla-reklam
image-prez

Tarixi səfər

image-lady-day-az

 Tarixi səfər.

Aprel ayının 3-də ilk dəfə oıaraq Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfər edib. Səfər ərafəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə tətbətək və geniş tərkibdə görüşləri keçirilib. Daha sonra hər iki dövlərin rəhbərlərinin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi keçirilib. Prezidentlər ilk növbədə “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. Mərasimdə həmçinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalanıb. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxış ediblər. Qeyd edilib ki, iki ölkə arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Bu sənəd Azərbaycan və Konqo arasında gələcək əməkdaşlığın perspektivlərinin müəyyən edəcəkdir.Hər iki dövlər bundan sonra da qarşılıqlı dəstək əsasında beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı fəaliyyətilərini davam etdirəcəklər. 2024-cü ilin yanvar ayına qədər  Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Görüşdə iqtisadi sahədə əməkdaşlıq haqqında  da geniş fikir mübadiləsi aparılıb.Azərbaycan Konqoda bir sıra investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə iştirak etmək fikrindədir.Əməkdaşlığımız üşün çox gözəl perspektivlər mövcuddur, buna görə də gələcək aylar ərzində hər iki ölkənin nümayəndələri bir-biri ilə sıx təmasda olacaqlar.Həmçinin Konqodan olan tələbələrin Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında təhsil alması kimi sovet dövründə mövcud olan ənənələrin davam etdirilməsi nəzərdə tutulub və bununla əlaqədar ölkə başçısı tərəfindən müvafiq  göstərişlər verilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev Konqo Prezidento Deni Sassu-Nqessonu noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbirində iştirak etmək üçün dəvət edib. Prezident cənab İlham Əliyev bildirilib ki, “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.Konqo Prezidenti Deni Sassu-Nqessonun qeyd edib ki, Azərbaycanla Konqo Respublikası arasında çox böyük potensial vardır və bu potensial inkişafa töhfə verə bilər. Konqonun çox böyük kənd təsərrüfatı potensialı mövcuddur və bu əkin sahələrinin cəmi 3 faizi istifadə edilir. Bu da o deməkdir ki, yerdə qalan sahələr istifadə üçün hazırdır. Konqoda bol su mənbələri mövcuddur, ilboyu günəşli hava kənd təsərrüfatının inkişafına imkan verir. Azərbaycanın kənd təsərrüfatında əldə etdiyi təcrübədən Konqoda istifadə etmək mümkündür və istehsal edilən məhsulun ixracı gəlirli sahəyə çevrilə bilər. Eyni zamanda Konqoda bərpaolunan enerji sahəsində də çox böyük potensial var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlanmaq olar.

Toğrul Abulov- Zərdab Gənclər evinin metodisti.

 

 

 

Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır.

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri çərçivəsində Prezidentlərin keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında da Azərbaycanın xarici siyasət uğurlarından, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcudluğundan bəhs edildi. Dövlət başçısı İlham Əliyev ilk dəfədir Konqo Prezidentinin ölkəmizə səfər etdiyini önə çəkərək böyük əminliklə bildirdi ki, səfərin çox gözəl nəticələri olacaq. Qarşılıqlı səfərlərin əlaqələrin inkişafında mühüm faktor olduğu xüsusi qeyd edildi. Konqo Prezidenti cənab İlham Əliyevi Konqoya dostluq səfərinə dəvət etdi və bundan böyük şərəf hissi keçirəcəklərini vurğuladı. Dövlət başçısı İlham Əliyevin bu və ya digər ölkələrə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin hər biri  beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyimizə, ölkə Prezidenti İlham Əliyevin nüfuzuna işıq salır: “Konqo Prezidenti böyük sevinc hissi ilə vurğuladı ki, biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq. Həmçinin, o da qeyd edildi ki, Prezident İlham Əliyev Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi. Sözügedən səfər çərçivəsində mühüm sənədlər imzalandı ki, onlardan biri iki ölkə arasında əməkdaşlıq haqqında Bəyannamədir. Cənab İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, imzalanan Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Bu sənəd ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcək. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq. Siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə qurumun beynəlxalq nüfuzunun artması istiqamətində atdığı addımlar hər zaman Konqo tərəfindən böyük dəstək qazanıb. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması qurumun hər bir üzvünün marağındadır. Konqo Prezidenti belə bir inamı ifadə edib ki, danışıqlarımızın nəticələrindən çox məmnunuq. Burada bizə göstərilən səmimi və dostcasına qəbula görə çox xoşbəxtik. Əlaqələrin inkişafında iqtisadi amil xüsusi qeyd edilib. Hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq Konqo Prezidenti Azərbaycanla bu sahədə əlaqələrin böyük perspektivi olduğunu, ölkəmizin zəngin təcrübəsindən istifadə etməkdə qərarlı olduqlarını diqqətə çatdırdı. Azərbaycanın bu il mötəbər tədbirə – COP29-a ev sahibliyi edəcəyi təqdir olundu və cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır, burada Konqo ilə ikitərəfli, eyni zamanda, çoxtərəfli formatda əməkdaşlıq etmək məqsədəmüvafiq ola bilər.

 Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti.

 

 

Mühüm əməkdaşlıq istiqaməti.

Konqo əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malikdir. Ancaq uzun illər bu sərvətlər avropalılar tərəfindən amansızcasına istimar edilib. Konqo öncə Portuqaliyanın (XV), sonra Belçikanın (XİX) müstəmləkə zülmünə məruz qalıb. Bu gün Afrika ölkələri hegemonluğa, müəyyən dövlətlərin hökmranlığına, təbii sərvətlərin istismarına qarşı çıxır. Konqo Demokratik Respublikası Afrika qitəsinin əsas oyunçusudur. Sahara bölgəsində ən yüksək artım templərindən birinə malik Konqo Afrikanın ikinci ən böyük ölkəsi və ən çox əhalisi olan üçüncü ölkədir. Təbii ehtiyatları və demoqrafik potensialı sayəsində Konqo bir sıra iqtisadi üstünlüklərə malikdir. Ölkənin istifadə olunmamış mineral və metal ehtiyatları təqribən 24 trilyon dollar dəyərində qiymətləndirilir. Bundan başqa, Konqo Afrika qitəsinin bütün meşə örtüyünün 50 faizini təşkil edir. Onun hidroelektrik potensialı bütün Afrikanı enerji ilə təmin etmək üçün kifayətdir. Elektronikada, maqnit avadanlıqlarında və reaktiv mühərriklərdə geniş istifadə olunan kobalt ehtiyatlarının 80 faizi məhz Konqodadır. Eyni zamanda, ölkəmizin zəngin mədənçilik təcrübəsi var və neft-qaz sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet sahələrdən biri ola bilər. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi bu və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Mühüm dövlətlərarası sənədlərin imzalanması və müvafiq göstərişlərin verilməsi belə deməyə əsas verir ki, yaxın aylarda Azərbaycan və Konqo arasında təmaslar intensivləşəcək. Azərbaycan Afrika ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu baxımdan Konqo ilə dost əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri ikitərəfli əməkdaşlığın səhifəsini açdı. Şübhə yoxdur ki, ölkələrin dost əlaqələr qurmaq istəyi bu əməkdaşlıq səhifəsini dolğun, hər iki xalqın mənafeyinə uyğun siyasi-iqtisadi, eləcə də humanitar layihələrin reallaşdırılması ilə zənginləşdirəcək. Azərbaycanın son otuz ildə xarici siyasət prioritetləri praktiki olaraq dəyişməyib. Ərazi bütövlüyünün bərpası, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, möhkəm regional iqtisadi tərəfdaşlıqların inkişafı, eləcə də çoxtərəfli siyasət ölkənin xarici siyasət strategiyasında prioritet olaraq qalır. Bu mənada rəsmi Bakının Afrika ölkələri ilə münasibətlərinin inkişafına xüsusi diqqət yetirməsi siyasi konyukturun yox, ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Şərq və Qərb arasında yerləşməsinə baxmayaraq, Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır. Uzun illər Qərbin amansız istismarına məruz qalan “Qara qitə” ölkələrinin “soyuq müharibə”nin başa çatmasından sonra geosiyasi arenada çəkisinin artması Bakının kontinentlə siyasi-iqtisadi əlaqələrin yaradılmasına və inkişaf etdirilməsinə təkan verir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri bunun sübutu idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 2011-ci ildə qurulsa da, tərəflər arasında sıx siyasi-iqtisadi münasibətlər yaradılmayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməyə başlamasından sonra diplomatik təmasların tempində canlanma müşahidə edilib. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 2011-ci ildə qurulsa da, tərəflər arasında sıx siyasi-iqtisadi münasibətlər yaradılmayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməyə başlamasından sonra diplomatik təmasların tempində canlanma müşahidə edilib.

Sevil Məmmədzadə – Zərdab Gənclər evinin dərnək rəhbəri.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki