image-qanunla-reklam
image-1666073241_a92d57f0-1acc-46a9-9a1c-633f8b66ba8c

Tarixə düşən qısa ömür – FOTO

image-lady-day-az

Dostun üçün göz yaşı,
Ailən üçün tər,
Vətən üçün qan tök!

Xüsusi təyinatlı qüvvələrin snayper-kəşfiyyatçısı Şəhid Cavanşir Əhmədov :

Qanunla.Az: – Cavanşir Xeyrulla oğlu Əhmədov 1999 cu il 12 noyabr tarixində Ələt qəsəbəsində doğulub. Orta təhsilini Ələt qəsəbəsində alıb. Xüsusi vurğulamaq istərdik ki, şəhidimiz adi bir gündə doğulmamışdır. O, 12 noyabr – Milli Konstitusiya günündə anadan olub. Cavanşir 15 yaşına çatdıqda hərbi məktəbdə oxumaq istədiyini bildirir. Lakin, ailəsi buna razı olmur. O, orta məktəbi bitirdikdən sonra -2016 cı ildə Bakı İnşaat kollecində təhsil almağa başlayır. Amma, onda hələ də hərbiyə maraq çox idi və o tezliklə atıcılıq kursuna yazılır.

Beləliklə, Cavanşir mükəmməl snayper bacarıqlarına yiyələnib, özü də təlim keçməyə başlayır. Mühəndislik üzrə kolleci bitirdikdən sonra 2020 ci il iyulun 8-də hərbi xidmətə yollanır.

Cavanşir çox istəyirdi ki, xüsusi təyinatlı qüvvələrə seçilərək, kəşfiyyatçı-snayper kimi vətənə xidmət etsin. Anası televiziya kanalındakı çıxışında bildirib ki, o, bir gün evə qəmgin və məyus gəlir. Bunun səbəbini soruşduqda isə deyir ki, xüsusi təyinatlı qüvvələrə seçilmək üçün müəyyən boy həddi var, lakin o təyin edilən həmin boy həddindən hündür idi. Aradan 5-6 gün keçir.

“Andiçmə” mərasimindən sonra Cavanşir sevinclə evə zəng edir və qardaşına xüsusi təyinatlı qüvvələrə seçildiyini bildirir. 2020-ci il Sentyabrın 27-də 44 günlük Vətən müharibəsi başlayır.

Cavanşir bu döyüşdə çox böyük şücaət göstərmişdir. Onun da yaxından iştirak etdiyi əməliyyatda Murovdağ erməni işğalından azad edilir. Həmçinin, Cəbrayıl və Zəngilan rayonlarının alınmasında da fəal iştirak edir. O, son dəfə ailəsiylə oktyabrın 7-də danışır. Ermənilərin qorxulu yuxusuna çevrilən snayperçi Cavanşir Hadrut qəsəbəsinin işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərir və Xocavənd uğrunda gedən döyüşlərdə 2020 ci il oktyabrın 15-də şəhidlik zirvəsinə ucalır.

Şəhidimizin məzarı Ələt qəsəbəsində yerləşir. Həmçinin, onun ifa etdiyi “Göylərə aşiq biriyəm” mahnısı dillər əzbəri olmuşdur. Anası Gülnarə Əhmədova və atası qazi Xeyrulla Əhmədovun əllərindən öpərək, belə qəhrəman cəsur oğul böyütdükləri üçün xalq olaraq,

Cavanşir Əhmədov ölümündən sonra prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, ” Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin. Amin.

Nərminə Eyyubova

DogruXeber.az

Tarixə düşən qısa ömür - FOTO

Tarixə düşən qısa ömür - FOTO

Tarixə düşən qısa ömür - FOTO

Tarixə düşən qısa ömür - FOTO

Tarixə düşən qısa ömür - FOTO

Tarixə düşən qısa ömür - FOTO

Tarixə düşən qısa ömür - FOTO

Tarixə düşən qısa ömür - FOTO


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki