Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır.
Qanunla.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 16-da İrıvanda Fransanın Avropa və xarici işlər naziri Stefan Sejourney ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, o, fransalı həmkarı ilə regional sabitlik məsələlərini müzakirə edib və Ermənistanın sülh gündəminə sadiqliyini təsdiqləyib: “Bildiyiniz kimi, biz mətnin tam razılaşdırıldığı son redaksiya təkliflərini göndərmişik”.
O, regionda sülhün bərqərar olmasına dəstək verdiyinə görə rəsmi Parisə təşəkkür edib: “Biz razılaşdırılmış mətni tezliklə imzalamağa hazırıq”.