image-qanunla-reklam
image-1418962

Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər

image-lady-day-az

Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər

Prezident cənab İlham Əliyevin cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışında qeyd etdiyi kimi Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan bu gün istər qonşu istərsə də digər dövlətlərlə mehriban, ərazi bütövlüyünə hörmət istiqamətində əlaqələr qurmuşdur.Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edilməsi, işğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam etdirilməsi ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.Bu gün Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması ümumilikdə bu və digər sahələrdə görülən bütün işlərin xalqın firavan və rahat yaşaması üçün olduğu bariz nümunəsidir.

Əvəz Soltanov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki