image-qanunla-reklam
image-1657356076_shri_lanka_police_230419

Şri-Lankada etirazçılar prezident iqamətgahına daxil oldular – VİDEO

image-lady-day-az

Şri-Lankanın paytaxtı Kolomboda etirazçılar ölkə prezidenti Qotabaya Racapakasanın iqamətgahına daxil olublar.

“Qanunla.az” xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi bildirir.

Qeyd olunur ki, dövlət başçısı etirazçıların əraziyə daxil olmasından qısa müddət əvvəl iqamətgahı tərk edə bilib. Hazırda onun yeri barədə məlumat verilmir.

Şri-Lankada sakinlər uzun müddətdir ki, ölkədə kəskin inflyasiyaya etiraz edir.

Hazırda Şri-Lankanın xarici borcları 51 milyard dollara çatıb. Bir neçə ay əvvəl ölkə borclarla bağlı defolt elan etmişdi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki