image-qanunla-reklam
image-img-20231031-wa0027

“Səyyar qəbul otağı”nın növbəti ünvanı Neftçala rayonunun Aşağı Surra kəndi oldu

image-lady-day-az

“Aşağı Surra kəndində yaşadığımız yeni yaşayış massivində mavi yanacaqdan istifadə edə bilmirik. Xahiş edirəm küçə qaz xəttinin çəkilməsində bizə köməklik edəsiniz”.

Qanunla.Az xəbər verir ki, bu sözləri Neftçala rayonunun Aşağı Surra kənd sakini Əkrəm Abışov sözügedən kənddə baş tutan “Açıq mikrofon” aksiyasında çıxışı zamanı bildirib. Müşfiq Məmmədovun müraciəti isə qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı olub. Samir Əzizov və Röyal Bağırov qapı keçidinin quraşdırılmasında köməklik göstərilməsini xahiş ediblər. Mikrofon önünə keçən Nurməmməd Bağırov diametri 57 mm olan qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Daxil olan müraciətlə bağlı SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri həmin əraziyə baxış keçiriblər. Görüş zamanı ünvanlanan hər bir müraciət cavablandırılıb və sakinlərə lazımi izahatlar verilib.

image-img-20231031-wa0027 image-img-20231031-wa0028 image-img-20231031-wa0029


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki