image-qanunla-reklam
image-yenigundem_18b7c63480f23c906d2b7aa383a442cd_k4vobrwhu51cgj7ezf8t-620x460

Şəkərli diabetlə yaranan rsiklər mövzusunda seminar keçirilib – FOTOLAR

image-lady-day-az

Sentyabrın 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Sağlamlığın Qorunması” İctimai Birliyinin birgə təşəbbüsü ilə Akad. C.Abdullayev adına ET kardiologiya institutunda “Şəkərli diabetlə yaranan rsiklər” mövzusunda seminar keçirilib.Seminarı giriş sözü ilə C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof. Gülnaz Dadaşova açıq elan edib.

“Yeni Gundem” xəbər verir ki,“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva ictimai birliyin fəaliyyətindən və son illər dünyada, eləcə də ölkəmizdə diabetlə bağlı patologiyaların vaxtında aşkarlanıb müalicə edilməli olduğunu və digər xəstəliklərlə bağlı maariflənmənin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən “Azərbaycan Endoskopik Laparoskopik Cərrahi Assosiasiyası” İctimai Birliyinin sədri, t.e.d. Müşviq Həsənov, Bariatik və Metobolik Cərrahlar İB-nin sədri, T.ü.f.d. Taryel Ömərov,, Akad. C.Abdullayev adına ET kardiologiya institutundan edokrinoloq Yaqubova Fəridə və kardioloq Bağırov Mahir mövzu ilə bağlı ətraflı çıxış etdilər. Çıxışlar zamanı həmçinin xəstələrin həyat keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən diaqnozlarının aşkarlanmasında həkimlərin rolundan danışılıb, onların xəstənin şikayətlərinə düzgün yanaşmaları, xəstəliyə diaqnoz qoymaları üçün lazım olan bütün üsullardan istifadə etməli olduqları vurğulanıb.

Seminar çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yardımı ilə hazırlanmış “Şəkərli diabetdən qorxma, ona yanlış yanaşmadan qorx” adlı video çarx nümayiş etdirilib.
Təklif və suallar səsləndirilib.

Sonda isə Respublikanın əməkdar artisti Nuriyyə Hüseynova tədbirlə bağlı təşkilatçılara və layihə rəhbəri Yazgül Abdıyevaya öz təşəkkürünü bildirb.
Daha sonra əməkdar artist tərəfindən həkimlərimizə həsr olunan nəğmə və Azərbaycanda, Türkiyədə çox sevilən, dinləyicilərə vətənpərvərlik ruhu aşılayan “Çırpınırdı Qara dəniz” mahnısı ifa edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki