image-qanunla-reklam
image-434074263_2813229372167958_2242744044103728501_n

Şəhid anası vəfat etdi – FOTO

image-lady-day-az

Zərdabda şəhid anası dünyasını dəyişib.

Qanunla.Az  xəbər verir ki, Vətən Müharibəsinin şəhidi gizir Faiq Vəlizadənin anası Göyçək Vəlizadə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, şəhid Faiq Bayraməli oğlu Vəlizadə 1997-ci ildə Zərdabın Əlicanlı kəndində anadan olub.

O,  2020-ci ildə oktyabrın 17-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra dövlət başçısının sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki