image-qanunla-reklam
image-img_20221018_233544_871

Sarayeva küçəsində yaşıllıq məhv edilir-VİDEO

image-lady-day-az

Paytaxtın Xətai rayonu, Sarayevo küçəsində yaşıllıq ekoloji genosidə məruz qalıb. Reportyor.info bildirir ki, hadisə şahidləri gecə ilə ağacların məhv edildiyini məlumat veriblər. Nəticədə Xətai rayonunda 8 ağac ekoloji terrorla üzləşib. Həmin ərazidə tikinti aparılması nəzərdə tutulub. Lakin Xətai rayon icra hakimiyyəti bu qanunsuzluğu üzərindən atır və xəbərsiz olduğunu bildirir.

İH-dən Reportyor.info və aztimes.az -a verilən açıqlamada hadisədən məlumatsız olduqları və araşdırma apardıqları bildirilsə də, icazəsiz hər hansı yaşıllığın kəsilməsinin mümkün olmadığı hər kəsə bəllidir. Xətai rayonunda yeni icra başçısının da dövründə belə özbaşınalıqlar baş verməsi göstərir ki, rəhbər dəyişikliyi ciddi nəticə verməyib. İlk dəfə deyil ki, Xətaidə ağacları kəsib yerində obyekt tikirlər. Məlumdur ki, rayon rəhbərliyindən icazəsiz daşı daş üstünə qoymaq az qala cinayətdir, o halda bu ağacları kəsməyə kimlər cürət edib? Video kadrlardan da görünür ki, vaxtilə yaşıllıq olan yer şumlanıb, kənarlar betonlanıb və ərazi səhraya çevrilib. Bu, rayonun tən ortasında, parkın içində baş verib, gediş – gəlişin intensiv olduğu ərazilərdə həyata keçirilib, amma Xətai İH özünü görməməzliyə vurmaqdadır.

Məsələni diqqətdə saxlayacağıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki