image-qanunla-reklam
image-3429fbd2-5e83-435d-941e-48a5a3809a0a

Salyan rayonu Qarabağlı 2 saylı tam orta məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib-FOTO

image-lady-day-az

Salyan rayonu Qarabağlı 2 saylı tam orta məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib

Novruz bayramı ənənələrini nümayiş etdirən tədbirdə şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər.

Kanal4.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə Cəfərova bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruz münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan xalqının mənəvi dəyərlər sistemində bu bayramın özünəməxsus yeri olduğunu bildirib. Yeganə Cəfərova şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini qonaqların diqqətinə çatdırıb.

Tədbirdə şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş folklor nümunəllərindən parçalar söyləyib, mahnılar səsləndirib və maraqlı səhnəciklər nümayiş etdiriblər.

Bayram tədbiri birliyi və həmrəyliyi təcəssüm etdirən “Yallı” rəqsi ilə yekunlaşıb.

image-3429fbd2-5e83-435d-941e-48a5a3809a0aimage-ac339d7d-ab10-42b7-9493-29d3ae9990e9image-915b7093-b163-49a8-a577-90a58dec8a6dimage-f1c48ffb-6b76-41dc-a6eb-46dbabc3b994image-92272a5a-8947-43bc-bc69-b06fa85fc895image-31b00007-e26d-4b5f-9497-e61d59127cc6image-dfe6a08e-279f-4686-acd3-4dee56bb6f52image-c9fc137d-00e4-4a6e-bcfe-ff713cefc99fimage-a8befbcf-9847-434a-8a34-aeabc7ef809dimage-83580160-0672-4302-b1c6-f78f8c0d7befimage-38e9bc14-b209-4ab2-b78d-68fe3587a9e5


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki