image-qanunla-reklam
image-img-20221029-wa0096

“Sağlamlıq sərvət, sağlam qalmaq nemətdir!” adlı növbəti seminarlar keçirildi-FOTO

image-lady-day-az

“Sağlamlıq sərvət, sağlam qalmaq nemətdir!” adlı layihənin icrası ilə bağlı növbəti seminarlar keçirildi.

Qanunla.Az xəbər verir ki, Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək İctimai Birliyi 27 və 28 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Sağlamlıq sərvət, sağlam qalmaq nemətdir!” adlı layihənin icrası ilə bağlı növbəti seminarlarını keçirdi.
Səbail rayonu 236 və 239 saylı orta məktəblərində keçirilən tədbiri giriş sözü ilə açan Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək İctimai Birliyinin sədri, həmçinin layihə rəhbəri Elçin Manafov layihə və Donor haqqında iştirakçılara ətraflı məlumat verdi.
O vurğuladı ki, layihənin ilk mərhələsində bütün hazırlıq işləri yekunlaşıb və hazırda ikinci mərhələsinin icrasına başlanılıb.
Layihə çərçivəsində ümumiyyətlə 7 tədbir (seminar) nəzərdə tutulub ki, artıq bunların 4-ü həyata keçirilib. Layihənin məqsədi hər bir insanın gündəlik bilməsi lazım olan ilk yardıma dair maariflənmədir.
O, Ulu Öndərin “Sağlam bədəndə sağlam ruh olar!” tezisinin əhəmiyyətindən danışdı.
Daha sonra təlimçi Dilguşə Yusifqızı gənclərə ilk yardım (həkiməqədərki yardım), süni tənəffüs, suda boğulma, günvurma, ilan sancması, ürəktutması, arterial təzyiqin ölçülməsi, qızdırma, hərarətin ölçülməsi, iynələrin vurulması, qıcolma, sınıqlar, çıxıqlar, travmalar, dəm qazından boğulma və s. günümüzdə hər kəsin bilməsi lazım olan digər mövzularla ətraflı seminarla geniş məruzə təqdim etmişdir.
Tədbir şagirdlər tərəfindən çox maraqla qarşılandı.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı, iştirakçılara hədiyyələr paylanıldı və xatirə şəkilləri çəkdirildi.

image-img-20221029-wa0097 image-img-20221029-wa0095 image-img-20221029-wa0096 image-img-20221029-wa0091 image-img-20221029-wa0092 image-img-20221029-wa0093 image-img-20221029-wa0094


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki