image-qanunla-reklam
image-rus-ordusuz

Ruslar Ukraynanın müdafiə xəttini yarmağa cəhd etdi

image-lady-day-az

Müharibənin ayında rus işğalçıları Donetsk vilayətinin Peski kəndinin yalnız cənub-şərqini ələ keçirə biliblər.

Qanunla.Az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat verib.

Məlumata görə, rus ordusu Ukraynanın Donetsk vilayətinin Avdeyevka rayonu yaxınlığındakı müdafiə xəttini yarmaq üçün bir neçə dəfə uğursuz cəhd ediblər.

“Ruslar həmçinin Aleksandrovkadakı mövqelərindən qərbə, Marinkaya doğru irəliləməyə cəhd ediblər. Ukrayna tərəfi Rusiya hərbi rəhbərliyinin Peskiyə tamamilə nəzarət etdikləri ilə bağlı açıqlamasını təkzib edib. Rusların yaydıqları kadrlardan görünür ki, onlar Peskinin yalnız cənub-şərq ətrafına nəzarət edə biliblər”, – məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki