image-qanunla-reklam
image-resad66

“Rəşad Dağlı başa düşür ki…”

image-lady-day-az

“Rəşad Dağlı gözəl bilirdi ki, şikayəti təmin edilməyəcək. Odur ki, apellyasiya şikayəti verməyib”. Bunu meyxanaçı Samirə deyib. Meyxanaçı hesab edir ki, Rəşad Dağlıya vəkil lazım deyil:

“Vəkil onun nəyinə lazımdır? Bütün Azərbaycan xalqı onun vəkilidir. Rəşad Dağlı gözəl insandır. Rəşad özünü günahkar bilir. İnsanı canından edib, fikirləşir ki,  cəzasını çəkməlidir”.

Meyxanaçı Samirə həmkarı Rəşad Dağlı ilə bağlı tez-tez məlumat aldığını vurğulayıb:

“Həbsdədir, bağlı qapı arxasındadır, vəziyyəti necə olar? Yanına getməyi planlaşdırırıq”.

Qeyd edək ki, qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş meyxanaçı Rəşad Dağlı (Əmirov) apellyasiya şikayəti vermək hüququndan istifadə etməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki