image-qanunla-reklam
image-eskipara

Qazaxın işğal altında olan kəndləri – Yeni video

image-lady-day-az

Qazax rayonunun erməni işğalı altında olan kəndlərindən ən son görüntülər yayılıb.

Qanunla.Az xəbər verir ki, kadrlar “İTV Xəbər”də yayımlanıb.

Bir vaxtlar səkkiz minə yaxın əhalinin yaşadığı kəndlər indi xaraba qalıb.

Qeyd edək ki, Qazaxın işğal altında olan Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib.

Bu kəndlər keçmiş münaqişə zonasından yüzlərlə kilometr uzaqlıqda yerləşir.

Ötən əsrin 90-cı illərində işğal zamanı Ermənistan tərəfi strateji yüksəkliklərdə mövqe tutub. Həmin mövqelərdən Qazaxın yaşayış olan digər kəndləri atəşə tutulub.

Qazaxın yeddi kəndi hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının müşahidəsi altındadır.

Həmin görüntüləri təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki