image-qanunla-reklam
image-92041141

Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar,başa düşməlidirlər ki,onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir

image-lady-day-az

Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində müsahibəsində bu məsələyə aydınlıq gətirərək dedi ki, ermənilərin sonuncu təxribatı zamanı Azərbaycan Ordusunun bir şəhid verməsi bu əməliyyatın keçirilməsinə rəvac verib. Hər zaman olduğu kimi şəhidimizin qanı yerdə qalmadı. Yəni, “Qisas” əməliyyatı Ermənistan üçün cəza tədbiri oldu. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdırlar. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab eyni olacaq və heç kim Azərbaycana mane ola bilməz, heç kim “dəmir yumruğ”u durdura bilməz: “Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq”.
“Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Komandan kimi İlham Əliyev tərəfindən qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi. Ona görə də prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Əgər məğlub ölkə bir daha çirkin əməllərindən əl çəkməsə, bu, onlara çox ağır başa gələcək. Əgər yenə də buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, ermənilər peşman olacaqlar, daha gur səslə imdad diləyəcəklər.
Azərbaycan sülhün tərəfdarıdır. Artıq Qarabağ münaqişəsi bitib və gələcəyə, regionun təhlükəsizliyinə, inkişafına diqqət yetirməyin vaxtıdır: “Yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir! Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq”.
Hazırda Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda öz gücünə yenidənqurma işlərini reallaşdırır. Zəngəzur dəhlizinin açılması istiqamətində çox mühüm layihələr həyata keçirilir. Amma Ermənistan yenə də bu prosesdə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Müxtəlif bəhanələr gətirərək Azərbaycanı yenə qıcıqlandırır.  İlham Əliyev bildirdi ki, Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər həmin ərazilərdən çıxmaq üçün Azərbaycandan avqustun sonuna qədər vaxt istəyiblər: “Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir”.
Azərbaycan üzərinə götürdüyü öhdəliklərinə sadiqdir. Azərbaycan Laçın yolunu da açıb, digər addımları da öhdəliklər əsasında atıb. Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. İlham Əliyev də qəti şəkildə bəyan etdi ki, Ermənistanın başqa yolu yoxdur, vaxt uzatmaq bu ölkəyə heç nə verməyəcək. Çünki bölgədə gedən geosiyasi vəziyyət göz qabağındadır. Azərbaycanın həm hərbi, həm iqtisadi, həm də siyasi gücü, çəkisi gündən-günə artmaqdadır. Ermənistan isə faktiki olaraq təklənibdir. Ona görə ki, dünya bu ölkənin haqsız olduğuna şahidlik edir.

 

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki