image-qanunla-reklam
image-istanbul-gemi-batdi

Qara dənizdə gəmi batdı

image-lady-day-az

Qara dənizdə Tanzaniya bayrağı altında üzən “Məhəmməd-Z” gəmisi batıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb.

Gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb.

Qeyd edilib ki, “Məhəmməd-Z” gəmisinin ekipajı 11 nəfərdən – 9 Suriya və 2 Misir vətəndaşından ibarət olub. Onlardan 8-i xilas edilib. Digər 3 ekipaj üzvünün axtarışları davam edir.

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki