image-qanunla-reklam
image-usa_koreya

Pxenyan ordu göndərdi: Seul Kiyevə niyə silah vermir?

image-lady-day-az

Ukraynanın hücum silahları ilə təmin edilməsi məsələsi qanunvericilik məhdudiyyətlərinə görə Koreya Respublikası hökuməti üçün son dərəcə həssas olaraq qalır.

Qanunla.Az xəbər verir ki, bu barədə Ukraynanın bu ölkədəki səfiri Dmitri Ponomarenko bildirib.

Səfir qeyd edib ki, Cənubi Koreyada müharibə vəziyyətində olan ölkələrə silah satışını qadağan edən qanun var:

“Bunu nəzərə alaraq, rəsmi Seulla işimizdə bu məsələyə addım-addım yanaşma təklif edirik. Məsələn, ilk növbədə müdafiə tipli sistemlərin əldə edilməsinə diqqət yetirilməsi: hava hücumundan müdafiə sistemləri, radarlar, elektron döyüş sistemləri və s.”.

Qedy edək ki, Şimali Koreyanın 10 minlik ordusunun Rusiya tərəfdən Kurskda döyüşlərə qatılmağa hazırlaşdığı barədə məlumat var. Bu fakt Cənubi Koreyanı Ukraynaya dəstəyi artırmağa sövq edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki