image-qanunla-reklam
image-baki_yuzerpik_035

Parlament diplomatiyası

image-lady-day-az

Parlament diplomatiyası

Bu gün Azərbaycan Respublikası bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir. Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak və ev sahibliyi etmək, üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir.  Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. 2019-cu ildən bu təsisata sədrlik edən Azərbaycan öz əməli fəaliyyəti ilə Hərəkatın fəaliyyətinə mühüm töhfələr vermişdir. Bu töhfələrdən biri də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Parlament Şəbəkəsi təşkilata üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışında Azərbaycanın bu təşəbbüsünün dəstəklənməsinə görə minnətdarlığını bildirən Prezident cənab İlham Əliyev deyib: “Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq”.

Jalə Kərimli

Zərdab şəhər sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki