image-qanunla-reklam
image-245498499_1044892512931567_5977362603865586677_n-768x403-1-300x157-1

Özəlləşdirmə çekləri problemi: “Heydər Əliyevin 100 illik yubileyində problem aradan qaldırıla bilər”

image-lady-day-az

Xatırladaq ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Qəbul olunan qərara əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Əlində çekləri qalan vətəndaşların sönməyən ümidi onların ölkə başçısına müraicətinə də yol açıb. Müraciətlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.qanunla.az/yuzminler-adindan-prezidente-muraciet/

Bundan başqa, bir neçə gün öncə “Canlı Polemika” verilişində özəlləşdirmə çekləri ilə bağlı problem müzakirə olunub və hüquqşünas tərəfindən həll yolları açıqlanıb.

Verilişin tam versiyasına aşağıdakı linkdən baxa bilərsiniz:

Mövzu ilə bağlı siyasi-şərhçi Cavanşir Abbaslı Qanunla.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çekləri ilə bağlı problemin həllinin qısa müddətdə həll edilməsi vacibdir:

image-752b3754-41f0-4a2c-a768-6a51ffc4821b

“Təbii ki, bu problemin gündəmə gətirilməsi və gündəmdə saxlanılması çox vacibdir. Düşünürəm ki, tanınmış simaların timsalında bu məsələnin gündəmdə saxlanılması da çox yaxşı olardı. Çünki bu, bir və ya bir neçə şəxsin problemi deyil, 1 milyondan çox insanı əhatə edir. Bu isə kifayət qədər ciddi rəqəmdir. Bu sayda insanın probleminə biganə qalmaq olmaz. Hər bir şəxsin bu istiqamətdəki çağırışını dəstəkləyirik. Əlində çeki qalan hər bir vətəndaş problemin həllinə çalışmalı və durmadan tələbini artırmalıdır. Hər birimizin çevrəsində bu problemi yaşayan insanlar var. Nəzərə alsaq ki, ölkədə bir milyondan çox insan bu problemlə üz-üzədir, çevrəmizdə belə vətəndaşların olması təbiidir. Bu problem aradan qaldırılmadığı sürəcdə hökumət yalnız və yalnız özünə ziyan edəcək. Çünki xalqın ona olan etimadını aşağı sala biləcək problemlərdən biri sayılır. Düşünürəm ki, hökumətin qısa müddətdə bu problemi aradan qaldırmaq üçün kifayət qədər imkanları var. Sadəcə bu imkanlardan istifadə edilmir. Sanki hansısa “əl” istəmir ki, özəlləşdirmə çekləri ilə bağlı bu məsələ həllini tapsın.

 

Nəzərə alaq ki, vətəndaşlara özəlləşdirmə çeklərinin verilməsi mərhum prezident Heydər Əliyevin fərmanı idi. Bu il də onun anadan olmasının yüz illiyi ilə əlaqədar ölkədə “Heydər Əliyev ili” elan olunub. Elə bu il bu problem həll olunsaydı, əsl yerinə düşərdi. Yüz illiyə 4 ay qalır. Elə bu aylar ərzində problem aradan qaldırıla bilər. Əllərində çeki qalan yüz minlərlə insanın dövlət başçısına müraciət etmələri müsbət addımdır. Düşünürəm ki, müraciətlərini davam etdirsələr, bu, ancaq işin müsbətinə xidmət edər. Əvvəldə də dediyim kimi, tanınmış simalar, xüsusilə, siyasi çevrənin təmsilçiləri, media aləmi bu məsələni daim gündəmdə saxlasa, çox yaxşı olardı. Əslinə qalsa, problemin mahiyyəti çox böyükdür”.

 

image-5e886405-e58e-4ece-89fe-3bfd974dc5f3

Politoloq Yusif Bağırzadə isə öz növbəsində qeyd edib ki, çeklərin yenidən tədavülə buraxılması və ya əlində çeki qalan vətəndaşlara kompensasiya verilməsi problemin ədalətli həllinə yol açacaq:

“Hər kəsə məlumdur ki, özəlləşmə çeklərinin verilməsi Ümumilli lider Heydər Əliyevin fərmanına əsasən həyata keçirilib. Bu fərmanın mahiyyəti ciddi olmaqla yanaşı, tarixi xarakter daşıyırdı. Hesab edirəm ki, bu fərmanın əhəmiyyəti nəzərə alınmalıdır və çeklərin tədavül müddətinin yenidən artırılmasına ehtiyac var. Unutmaq olmaz ki, bu gün əlində çekləri qalan kifayət qədər vətəndaşımız var. Bu, özəlləşdirmə ilə bağlı proses zamanı ölkə vətəndaşlarının bir qisminin kənarda qalmasını göstərir. Yüzminlərlə vətəndaş bu çekləri hələ də qoruyursa, deməli, proseslə bağlı məntiqli qərar qəbul olunmalıdır. Əgər çeklər yenidən tədavülə buraxılmazasa, bu halda məlum vətəndaşlara kompensasiya ödənməlidir. Bu, vətəndaşların hüquqlarının bərpası üçün əhəmiyyətlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki