image-qanunla-reklam
image-azerbaijani-army-enteres-the-aghdam-region

Ordumuzun peşəkarlığı

image-lady-day-az

Ordumuzun peşəkarlığı.

“Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır. Həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzər­dən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur”. Bu sözləri Ali Baş Komandanımız cənab İlham Əliyev hər zaman qürur hissi ilə deyir. 25 oktyabr 2020-ci il…Qubadlımızın azad olunduğu gün. Bu qələbə prezidentimizin fikirlərini bir daha təsdiq edir. Belə ki, məhz həmin gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Milli Ordumuzun igid əsgər və zabitləri Qubadlı şəhərini və ətraf kəndləri düşməndən azad ediblər. Bu, əlbəttə, son dərəcə qürurverici bir hadisədir.

Bu gün həmin tarixi hadisədən düz dörd il ötür. Qədirbilən xalqımız doğma Qarabağın hər bir qarış torpağı kimi, Qubadlının da azad olunmasında qeyri-adi şücaət, hünər və qəhrəmanlıqlar göstərmiş hərbçilərimizlə sonsuz fəxarət hissi duyurlar.  Qubadlının azad olunması ilə bağlı hərbi əməliyyat hərb tariximizin ən uğurlu əməliyyatlarından biri sayılır. Məlumdur ki, 2020-ci ilin payızında cəbhənin təmas xəttində davam edən erməni təxribatlarına cavab olaraq Ali Baş Komandanın əmri ilə Vətən müharibəsi başlamışdır. Müharibənin ilk günlərindən sonadək Azərbaycan Ordusu yüksək peşəkarlıq və qələbə əzmi nümayiş etdirib.

Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Belə ki, Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra, təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə də Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.

Azərbaycan Ordusu bu yüksək peşəkarlığı, və misli-bərabəri olmayan fədakarlığı göstərə bilibdir. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürülüb, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri düşməndən təmizlənib. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərinə daxil olaraq düşməni qovublar.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov

 

 

Qubadlı rayonu işğaldan tamamilə azad oldu.

Məlumdur ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Əks-hücum əməliyyatı ilə düşmən geri oturdulub və 44 gün ərzində 30 illik işğala son qoyulub. Oktyabrın 20-də Zəngilan azad olunduqdan sonra, növbəti istiqamət Qubadlı olub. Burada ermənilər tərəfindən qurulmuş güclü istehkamlara, yüksəklikdə yerləşmiş hərbi birləşmələrə baxmayaraq, əməliyyat xüsusi peşəkarlıq və fədakarlıqla yerinə yetirilib. Oktyabrın 25-də Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri şəhəri düşməndən təmizləyiblər.

Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciət edərək, Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmasını xəbər verib. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənə lazımi cavabı verib. Bu gün 30 illik Qarabağ həsrətinə son qoyulub və xalqımızın ata-baba yurduna qayıdışı təmin olunur. Bir milyondan çox azərbaycanlı bu müddətdə ümid və səbrlə öz əzəli yurduna qayıtmağı gözləyib. Bu gün Azərbaycan xalqı öz tarixi Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələrinin təcavüzündən qurtulmasının ildönümlərini qürurla qeyd edir.

2020-ci il oktyabrın 25-də Qubadlıda erməni əsarətinə son qoyulub. 31 iyul 2023-cü ildə imzalanmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 25 oktyabr “Qubadlı Şəhəri Günü” kimi qeyd edilir. İşğal müddətində bütün binalar, abidələr sökülüb. Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Bu gün azad olunan ərazilərimiz yenidən qurulur. Prezidentimiz İlham Əliyev dəfələrlə bəyan edib ki, biz işğaldan azad olunmuş bütün ərazilərimizi, o cümlədən Qubadlını da cənnətə çevirəcəyik.  Ölkə başçımızın da dediyi kimi, peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat və xalq-iqtidar birliyi kimi amillər bizə qələbəni gətirib. Artıq Azərbaycan suveren bir dövlət kimi inkişafını uğurla davam etdirir.

Zərdab rayonu Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki