image-qanunla-reklam
image-1682507496-1466325

“Oğlum soyqırımla bağlı tamam səhv mövqedədir” – İsa Qəmbər

image-lady-day-az

“İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz qərarlarına, öz addımlarına görə məsuliyyət daşıyır”.

Qanunla.az  xəbər verir ki, bu fikirləri Laf TV-nin efirində tanınmış siyasətçi İsa Qəmbər oğlu İlkin Qəmbərin məlum tvitinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, kimin nə sualı varsa, İlkinin özünə yönləndirə bilər: “Onun mövqeyində, fikirlərində müəyyən məqamlar var ki, onlarla razı deyiləm. 7-8 ildir ki, biz görüşmürük, üz-üzə danışa bilmirik. İlkin uzun illərdir Kanadada yaşayır. Orada bir neçə azərbaycanlı ilə birgə yutub kanalı (Kings and Generals) açıblar. Yüzlərlə tarixi filmlər çəkiblər. Təsəvvür edin, bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal yutubda ən populyar kanallardan biridir. 3 milyona yaxın abunəsi var.

Sözügedən filmə (Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında. Sənədli film) baxmadığım üçün onunla bağlı bir söz deyə bilmərəm, amma soyqırımla bağlı (“Erməni soyqırımı” – red.) tamam səhv mövqedədirlər. Mənə və bütün məsuliyyətli insanlara aydındır ki, heç bir soyqırım olmayıb. Təəssüf ki, bəzi insanlar təbliğatın altına düşürlər, yanlış mövqedə dururlar. Mənim üçün soyqırımla bağlı paylaşım gözlənilməz oldu. Görünür, İlkin, eləcə də bəzi gənclərlə bu mövzular ətrafında söhbət etməyə ehtiyac var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki