image-qanunla-reklam
image-336785895_514204967589576_859842681150394289_n

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir

image-lady-day-az

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.

 Novruz bayramı hazırda 24 dövlətdə rəsmi qeyd edilir. Bayramı ən coşqulu Azərbaycanda qeyd edirlər. Türkiyədə 1925 və 1991-ci illərdə rəsmən qadağan edilib. Ancaq 1995-ci ildən yenidən Türkiyədə bəzi bölgələr bayramı qeyd edir. Avropada, Albaniya və Bosniyada Novruz bayramı qeyd edilir. Novruzun tarixi 3 min ilə yaxındır. Novruz bayramının 76-dan çox rəmzi, simvolu və adətləri var. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub

Azərbaycan xalqı SSRi zamanı bayramı gizli qeyd edib. Ümummili lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına bariz nümunə Onun təmtəraqlı Novruz şənlikləri təşkil etdirməsi olmuşdur. Hazırda xalqımız bu bayaramı tam şəkildə, sərbəst qeyd edir. Novruz bayramı xalqlar və insanlar arasında əlaqələrin gücləndirilməsinə, sülhün bərqərar olmasına xidmət edəcək qədər dəyərlərə sahibdir. Bayramda küsülülərin barışması, insanların qulaq falına çıxması ənənəsi məhz bundan xəbər verir. Son zamanlar ölkəmizə məhz bu bayramı qeyd etmək üçün turistlər axın etməkdədir. Bütün bunlar Novruz bayramının barış, sülh bayramı olduğunu göstərir.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki