image-qanunla-reklam
image-1657608414_nasa-evren-nasa-1876517_2

NASA kainatın ən unikal fotosunu paylaşdı

image-lady-day-az

NASA kosmik teleskopu Ceyms Uebb tərəfindən Yerdən təxminən 1,5 milyon kilometr uzaqlıqda çəkilmiş ilk rəngli unikal fotoşəkili paylaşıb.

“Qanunla.az” xəbər verir ki, Ceyms Uebb kosmik teleskopu “13 milyard ildən çox keçmişə baxaraq” “ilk kainatın ən dərin mənzərəsini” qeydə alıb.

NASA, Co Baydenin iştirakı ilə Ağ Evdə keçirilən toplantıda Yerdən təxminən 1,5 milyon kilometr uzaqlıqdan çəkilmiş fotoşəkillərdən birincisini dərc edib.

10 milyard dollar dəyərində olan Ceyms Uebb teleskopu 31 yaşlı Hubble Kosmik Teleskopunun varisi kimi görünür və istismar müddətini başa vurur.

25 dekabr 2021-ci ildə orbitə buraxılan Ceyms Uebb kosmik teleskopu ulduz üzərində fokuslanmış ilk fotoşəkilini mart ayında göndərib.

Bu dəfə teleskop 32 saat ərzində 72 ekspozisiyadan istifadə edərək çəkdiyi rəngli fotoşəkilləri Yerə çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki