image-qanunla-reklam
image-1659330478_long-march-5b-reuters-1574699_2

NASA buna görə Çini günahlandırdı

image-lady-day-az

NASA Çinin iyulun 24-də atdığı “Uzun Mart 5B” raketinin Hind okeanına düşməsindən sonra Pekini lazımi məlumatları paylaşmamaqda ittiham edib.

“Qanunla.az ” xəbər verir ki, ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) prezidenti Nill Nelson, “Çin Yerə düşən Long March 5B raketinin xüsusi trayektoriya məlumatını paylaşmadı” , – deyib.

Kosmik tədqiqatlar aparan bütün ölkələrin dağıntıların yaratdığı risklərin qarşısını almaq üçün bu sahədə tətbiq olunan təcrübələrə riayət edərək lazımi məlumatları bütün əlaqəli tərəflərlə paylaşması lazım olduğunu ifadə edən Nelson, Çini bu məlumatları paylaşmamaqda günahlandırıb.

Çin İnsanlı Kosmik Agentliyi (CMSA) isə raketin orbital məlumatlarını yaxından izlədiklərini və həftədə 4 dəfə dağıntı nöqtəsi ilə bağlı açıqlama yaydıqlarını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki