image-qanunla-reklam
image-1536155930

Müharibə iştirakçısı təhqiredici ifadələrə görə qanun qarşısında cavab verəcək-Polkovnik-leytenant

image-lady-day-az

Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin güclənldirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.

Bu gün Zərdab rayonunda da şəhid və qazi ailələrinə,müharibə iştirakçılarına dövlət tərəfindən hər cür yardım edilir, dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olunur.

Vətən müharibəsi iştirakçısı Fərəcli Əfəndi Baxış oğlu Zərdab rayon icra hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakşıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri (27 il Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş və uğurlu xidmətinə görə 16 dəfə müxtəlif medallarla təltif olunmuş Polkovnik-leytenant) Zinhar Bayramova zəng edərək ondan bayram sovqatı istəmişdir. F. Əfəndiyə Zinhar Bayramov tərəfindən izah olunmuşdur ki, 2023-ci ilin dekabr ayında Təhsil işçiləri Həmkarlar ittifaqı tərəfindən Yeni il bayramı münasibətilə 50 ədəd bayram sovqatını aztəminatlı ailələrə paylanılması nəzərdə tutulmuşdur.
Rayonumuzda 1700 nəfərdən artıq Qarabağ müharibəsi iştirakçısı olmasına baxmayaraq Yeni il bayramı ərəfəsində sənə bayram sovqatı verilmişdir. Fərəcli Əfəndi bununla razılaşmayaraq icra hakimiyyətinə gələrək şöbə müdirinin ünvanına təhqiredici sözlər işlədərək şərəf və ləyaqətinini alçaltmışdır. Zinhar Bayramov bildirmişdir ki, hər il bayramlar ərəfəsində istər rayon icra hakimiyyətinin, istərsə də AHİK tərəfindən şəhid ailələrinə, qazilərə, əlillərə, aztəminatlı ailələrə və müharibə iştirakçılarına bayram sovqatı növbəlik əsasında verilir.
Bu gün baş vermiş hadisədən təəssüflənərək bildirmək istəyirəm ki ünvanıma söylədiyi nalayiq və təhqiredici ifadələrə görə Fərəcli Əfəndi qanun qarşısında cavab verəcək.
Həmçinin bildirmək istəyirəm ki heç kəsin bu və buna oxşar şəkildə qərəzli, qanuna zidd davranışlara ixtiyarı yoxdur.

 

Polkovnik-leytenant Zinhar Bayramov

image-b889198f-fea3-4657-b774-b7ae1a3fca43


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki