image-qanunla-reklam
image-343633102_6276713509038778_3499929488878148747_n

Millət vəkili Adil Əliyev seçiciləri ilə növbəti görüşünü keçirib-FOTO

image-lady-day-az

Milli Məclisin deputatı Adil Əliyev seçildildiyi 20 saylı Nərimanov II seçki dairəsində yerləşən deputat ofisində şəhid ailələrinin, qazilərin və seçicilərin növbəti dəfə qəbulunu keçirib.

Qanunla.Az xəbər verir ki, qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu müraciətlər Millət vəkili tərəfindən dinlənilib, bir qisim müraciətlərin isə yerindəcə həllinə nail olunub. Habelə digər müraciətlərin həll edilməsi ilə əlaqədar aidiyyəti üzrə məktublar hazırlanıb. Eyni zamanda, peşəkar vəkillər tərəfindən ehtiyacı olanlara hüquqi yardım göstərilib, müvafiq ərizələr hazırlanılıb. Adil Əliyev bildirib ki, vətəndaşların sosial rifah vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən bütün addımlar atılır. Eləcə də, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların qəbulunun edilməsi, müraciətlərinin dinlənməsi istiqamətində tərəfimizdən genişmiqyaslı iş aparılır. Eyni zamanda millət vəkilinin ünvanına daxil olan bütün şifahi və yazılı müraciətlər geniş şəkildə təhlil edilərək, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq addımlar atılır.

image-343633102_6276713509038778_3499929488878148747_nimage-343238943_667661261787717_6474106308951610814_nimage-343660986_920174889191225_415550108683155280_nimage-343684533_181004954861336_9017355709049833755_nimage-343293235_252706683797404_5642623881339009039_nimage-343631078_552756470296359_1903372213728075883_nimage-343424671_753956666326855_3611379704478192692_nimage-343130854_757338695930251_6088353909474592465_nimage-343233641_1073806560093484_2798936929634913183_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki