image-qanunla-reklam
image-1659423197_dmitry-medvedev-1424x802

Medvedev ABŞ-ı dialoqa ÇAĞIRDI

image-lady-day-az

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın nüvə silahı məsələsində dialoqa çağırıb. 

Qanunla.Az  xəbər verir  ki, o, bu barədə “Telegram” kanalında yazıb.

“Bir ay əvvəl mən yazmışdım ki, amerikalılar üçün strateji təhlükəsizlik məsələləri son dərəcə vacibdir və bizsiz həll etmək mümkün deyil. Bax, sürünərək gəldilər. Bayden iddia edir ki, hətta Soyuq Müharibə dövründə SSRİ və ABŞ təhlükəsizlik məsələlərini müzakirə edib, kompromislər tapıblar və Strateji Hücum Silahları-3 (SR-3) əvəz etmək üçün nüvə potensialının məhdudlaşdırılmasına dair yeni müqaviləyə ehtiyac var. Bir daha qeyd edim ki, bu gün vəziyyət soyuq müharibə dövründəkindən daha pisdir. Çox pis. Biz isə buna görə günahkar deyilik”, – Medvedev şərh edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki