image-qanunla-reklam
image-1715833410-ggggg

Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı

image-lady-day-az

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Samir İsmayılov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, ondan satış məqsədilə qablaşdırılmış külli miqdarda metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki