Deputatlığa namizəd Jalə Əliyeva Kürdəmir rayonunun Carlı kəndində Carlı və Quşlar kəndindən olan seçicilərilə görüş keçirib.
Qanunla.Az xəbər verir ki, ilk öncə xanım namizəd Vətən müharibəsi şəhidlərinin ümumi xatirə kompleksini və şəhid İmamverdiyev Elnur Vəfadar oğlunun xatirə bulağını yad etmiş, daha sonra çay süfrəsi arxasında şəhidin ailə üzvləri görüşmüşdür.
Daha sonra Xanım namizədin vəkilləri Gülağa İsgəndərov, Tahir İsmayılov və Valeh Feyzullayev çıxış edərək Jalə Əliyevanın gördüyü işlər və platformasında nəzərdə tutulan məsələlər haqqında geniş məlumat veriblər.
Deputatlığa namizəd Jalə Əliyeva əvvəlcə Parlament seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amillərdən danışaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və Müzəffər Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası həyatın bütün sahələrini əhatə etməklə yanaşı eyni zamanda bütün istiqamətlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hədəflənmişdir. O, qalib Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini təmin etmək üçün seçkilərdə fəal olmağa, layiqli namizədlərə səs verməyə çağırıb.
Seçicilər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını diqqətə çatdıraraq qeyd ediblər ki, hər bir vətəndaşın öz üzərində dövlətin hərtərəfli qayğısını hiss etməsi təqdirəlayiq haldır.
Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda seçicilər öz layiqli namizədi Jalə Əliyevaya səs verəcəklərini bildiriblər.