image-qanunla-reklam
image-1683180881-istanbulda-deas-operasyonu-8-gozalti-8nxv

İstanbulda İŞİD-ə qarşı əməliyyat – 8 nəfər tutuldu

image-lady-day-az

İstanbulda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. 

“Qanunla.az” xəbər verir ki, Türkiyə Baş Prokurorluğunun keçirdiyi əməliyyat nəticəsində 8 nəfər tutulub.

“Prokurorluğun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan araşdırmalar nəticəsində İŞİD terror təşkilatı tərkibində fəaliyyət göstərdiyinə dair kəşfiyyat məlumatları olan 11 şübhəli müəyyən edilib. Müəyyən edilən şübhəlilərin tutulması üçün əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 8 nəfər tutularaq saxlanılıb. Digər şübhəlilərin axtarışı davam edir”, – rəsmi açıqlamada qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki