image-qanunla-reklam
image-1710155005-1402051809502895628117234-thumb

İran, Rusiya və Çinin hərbi dəniz təlimlərinə Azərbaycan da qatılacaq

image-lady-day-az

İran, Rusiya və Çinin iştirakı ilə “Dəniz təhlükəsizliyi zonası 2024” hərbi dəniz təlimləri keçiriləcək. 

Qanunla.Az xəbər verir ki, təlimin əsas mərhələsi martın 12-də başlayacaq və Hind okeanının şimal hissəsində baş tutacaq.

“Tasnim” agentliyinin məlumatına görə, təlimdə Azərbaycan, Qazaxıstan, Oman və Pakistan silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək.

Təlimlərin məqsədləri regionda təhlükəsizliyi gücləndirmək, beynəlxalq dəniz ticarətini qorumaq, dəniz quldurluğu və terrorizmlə mübarizə, dəniz əməliyyatları sahəsində əməliyyat və taktiki təcrübə mübadiləsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki