image-qanunla-reklam
image-1717568612_17175013282162829080_1200x630

İlk Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektorunda mövcud imkanların təqdimatı oldu

image-lady-day-az

İlk Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektorunda mövcud imkanların təqdimatı oldu

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sahəsində mövcud olan liderlərini bir araya gətirir və diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlətimizin başçısı İlham Əliyevin  Bakı Enerji Həftəsinin  açılış mərasimində iştirakı tədbirin  yüksək statusunu təsdiqləyir. Bakı Enerji Həftəsinin iştirakçılarının say tərkibində də artım Azərbaycanın, onun Prezidentinin nüfuzunun, göstərilən etimadın təqdimatıdır. Azərbaycan bütün sahələrdə olduğu kimi, enerji sektorunda da qazandığı uğurları, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası ilə diqqətdədir. Bu layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır, onları daim bir araya gətirir. Əməkdaşlığın coğrafiyasının ildən-ilə daha da genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Builki Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Üç gün davam edəcək bu tədbir çərçivəsində yeni əməkdaşlıqlar qurulacaq, təcrübə mübadiləsi aparılacaq və yeni inkişaf istiqamətləri müəyyən ediləcək. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın enerji sektorunda qazandığı uğurların və onların fonunda qarşıdakı dövrdə görüləcək işlərin təqdimatı oldu. Cənab İlham Əliyev Xəzər Neft və Qaz Sərgisinin otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadığını önə çəkdi və  bildirdi ki, o vaxtdan bəri bu tədbir miqyasını daha da genişləndirərək enerji siyasətinin bütün əsas seqmentlərini – neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə hazırda  onun adı Bakı Enerji Həftəsidir. Otuz il bundan əvvəlki Azərbaycan başqa idi. Müstəqillik yolunda ilk addımlarını atırdı. O illər çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. 1993-cü ilin vətəndaş müharibəsi ölkəni uçuruma aparırdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşadı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin həyatında dönüş nöqtəsi oldu.

İlk Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektorunda mövcud imkanların təqdimatı oldu: “Bu sərgidən bir neçə ay sonra 1994-cü il 20 sentyabr tarixində Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Bu saziş Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, ölkəmizə inamı artırdı, etibarlı tərəfdaş kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaq. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.”

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Bakı Enerji Həftəsi hər zaman yeni ideyalar, təmaslar, müqavilələr ilə nəticələnibidr

Azərbaycan tarixən neft ölkəsi kimi tanınır: “İllər keçdikcə qaz, elektrik enerjisi ixracatçısına çevrildi.  “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl təbii qazı idxal, indi isə ixrac edirik. İxrac imkanlarımız artır. Cənab İlham Əliyev bu statistik rəqəmi açıqladı ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Çünki Azərbaycandan təbii qaz alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası genişlənir.”

Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında səsləndirdiyi “Bizim sözümüz imzamız qədər dəyərlidir” çağırışı özündə bütün məqamları ehtiva edir: “Belə ki, son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Cənab İlham Əliyev qeyd etdi ki, onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı görülən işlər əlavə edilsə, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bu, sadəcə, başlanğıcdır.”

Budəfəki tədbirdə də   mühüm nəticələr əldə ediləcək. Bu il Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir. Vaxtilə “Şahdəniz” layihəsi böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 4 iyun 2024-cü ildə əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı olacaq. 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi çərçivəsində  Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı  ilə  Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması da bunun bariz nümunəsidir.”

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Bir çox beynəlxalq və regional tədbirlərə ev sahibliyi edən Azərbaycan növbəti dəfə peşəkar təşkilatçılığını və qonaqpərvərliyini bir daha nümayiş etdirdi

Ölkəmiz növbəti dəfə vacib regional və beynəlxalq məsələlərin müzakirə edildiyi qlobal tədbirə – Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinə ev sahibliyi edir. Bir çox beynəlxalq və regional tədbirlərə ev sahibliyi edən Azərbaycan növbəti dəfə peşəkar təşkilatçılığını və qonaqpərvərliyini bir daha nümayiş etdirdi. Bu cür əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycan dünyada müxtəlif sahələrdə beynəlxalq tədbirlərin və yarışların ən peşəkar təşkilatçılarından biri kimi tanınır. Bu baxımdan ölkəmizə etimad yüksəkdir. Xüsusilə iqtisadi, enerji, siyasi, humanitar, mədəni və idman sahələrində təşkil edilən beynəlxalq miqyaslı tədbirlər bu sahələrdə ölkəmizin əldə etdiyi uğurlarla sıx bağlıdır, eyni zamanda bu sahələrin gələcək inkişafına mühüm töhfədir.

Bakı Enerji Həftəsi bir neçə ildir ki, Azərbaycanın paytaxtında uğurlu və nümunəvi bir modelə çevrilmiş enerji məsələlərinin müzakirəsi və qarşıdakı dövrdə əməkdaşlığın yeni yollarının müəyyən edilməsini əlaqələndirən platformaya çevrilib. Bakı Enerji Həftəsi çərçivəsində enerji sektorundakı aktual məsələlər müzakirə edilir və enerji sənayesində çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələri əhəmiyyətli təkliflərlə çıxış edərək dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırlar. Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizdə enerji təhlükəsizliyinin və inkişafının əhəmiyyətini önə çəkərək çox mühüm məsələlərə toxundu. Dövlət başçısı Azərbaycanda həyata keçirilən enerji siyasətinin tarixi, qazanılan uğurlar, bir sıra dövlətlərlə əməkdaşlıq əlaqələrindən məmnunluqla danışaraq, bu sahənin inkişafının bu gün də prioritet olduğunu qeyd etdi. Ölkəmizdə bu sahədə əldə edilən nailiyyətlərdən ətraflı bəhs edərək Azərbaycanın birbaşa təşəbbüskarı və icraçısı olduğu layihələrin icra edilməsi nəticəsində dünyanın enerji siyasətinə verilən töhfələri ətraflı vurğuladı. Bir sıra dövlətlərlə uğurlu əlaqələrin bundan sonra da davam etdiriləcəyini və dövlətlərimizin, xalqlarımızın inkişafında önəmli rol oynayacağını diqqətə çatdırdı.

Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji Həftəsinin builki özəlliyi və yeni məzmun gətirən ən başlıca istiqaməti isə bu dəfə “yaşıl enerji” blokunun xüsusi yer almasıdır. Belə ki, tədbirlərə qatılan şirkətlərin təxminən 15 faizi məhz həmin sektorların təmsilçiləridir və onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Vaxtilə “Əsrin müqaviləsi” böyük enerji strategiyasının əsasını qoyduğu kimi, iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilə bilər. Bu fakt COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan artıq qlobal aktor rolunda çıxış edərək yeni əməkdaşlıq şəbəkəsi yaratmasını göstərir. Prezident İlham Əliyevin dediyi kimi, COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır

Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coğrafiyasının genişlənməsi göz qabağındadır. Ölkəmizin ABŞ, Avropa İttifaqı, Türkiyə, Ərəb-islam dünyası birliyi ilə  əməkdaşlığı günümüzün reallıqları sırasındadır. ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda günümüzün reallıqlarına və qarşıdakı dövrün hədəflərinə işıq salınır. Məktubda bildirilir ki, builki tədbirlər Bakının noyabr ayında həlledici COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə xüsusi əhəmiyyət kəsb edir. Temperatur artımının 1,5 dərəcədə saxlanılması hədəfinə nail olunması istiqamətində birgə işlədiyimiz bir vaxtda COP29 neft və qaz sektorunda metan tullantılarının məhdudlaşdırılması və təmiz enerji keçidinin irəlilədilməsi kimi əsas qlobal təşəbbüslərin inkişafı baxımından Azərbaycan üçün misilsiz imkan təqdim edir. Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət, sadiqlik məmnunluq doğurur.

Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin təşəbbüsləri çox yüksək qiymətləndirilir. Olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü qlobal geosiyasətdə Azərbaycanın yerinin və rolunun möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı dövlətimizin başçısının uzaqgörən – milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursunun nəticəsidir. Bütövlükdə, Bakı Enerji Həftəsi Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini, Azərbaycanın yüksək beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına əlavə stimuldur.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Prezident İlham Əliyev məqsədyönlü, praqmatik strategiyasının nəticəsində Azərbaycanın alternativ enerji mənbələrinə çıxış imkanlarını daha da artırır

Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edib. Dövlətimizin başçısı açılış mərasimində çıxışında vacib məqamlara toxunub, mühüm məsələlərdən bəhs edib. Ölkəmizin qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinə qarşı təşəbbüslərinin əhəmiyəti önə çəkilib. Bu bir reallıqdır ki, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri də məhz “Təmiz ətraf mühit və yaşıl artım” konsepsiyasını əhatə edir. Ətraf mühitin qorunması, yaşıllıqların mühafizəsi və bərpası istiqamətində atılan effektiv addımlar bu xüsusda mühüm önəmə malikdir. Eyni zamanda su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təşviqi sahəsində Azərbaycan təsirli addımlar atmaqla yanaşı vacib təşəbbüslərlə də çıxış edən ölkə kimi bu gün dünyada böyük rəğbətlə qarşılanır.

Prezident İlham Əliyevin 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışı məhz bu xüsusda vacib bir yol xəritəsi kimi xarakterizə edilir: “Bu eyni zamanda Azəbaycanın “yaşıl enerji” siyasətinə olan yanaşmasını göstərən mühüm amildir. Sözsüz ki, bu günki reallıqda heç bir ölkə qlobal iqlim dəyişikliyinin mənfi təsirlərindən sığortalana bilməz. Ona görə də, hər bir ölkə bu qlobal çağırışa qarşı özünün konseptual mövqeyini ortaya qoymalıdır. Təəsüf ki, Ermənistan 30 illik işğal siyasəti nəticəsində ərazilərimizdə apardığı vandallıq, barbarlıq, soyqırımı və etnik təmizləmə siyasəti ilə yanaşı ekoloji terror da həyata keçirilib. Azərbaycan dövləti II Qarabağ Müharibəsindən sonra erməni işğalından azad edilən ərazilərdə bərpa-quruculuqla yanaşı eko-sistemin bərpası istiqamətində də təsirli addımlar atır, mühüm işlər görür. Təbii ki, cənab Prezidentin də qeyd etdiyi kimi erməni işğalçılarının 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurun təbiətinə vurduğu zərbənin nəticələrini aradan qaldırmaq üçün uzun müddət lazım olacaq. Amma bütün bunlara baxmayaraq Azərbaycan dövləti özünün imkanları ilə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələrində “yaşıl enerji”siyasəti həyata keçirir. Qarabağda “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ layihələrin icrası məhz bu məqsədlərə xidmət edir”. Millət vəkili hesab edir ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi və digər az tullantıya malik istehsal sahələrinin yaradılması istiqamətində dövlətin mühüm proqramları əsas hədəfə çatmaq üçün vacibdir. Təbii ki, bu gün bir çox ölkələr su və digər qlobal çağrışlarla üz-üzədir. Çaylarda, göllərdə su səviyyəsi aşağı düşür. Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşməsi də məhz ekoloji mühitin başlıca problemlərindən biri kimi önə çıxır. Prezident İlham Əliyev də çıxışında Xəzər dənizində su səviyyəsinin düşməsinin başqa amillərlə bağlı olduğunu bildirib. Sözsüz ki, bu gün Azərbaycan qlobal miqyasda etibarlı enerji təhlükəsizliyi ilə bağlı vacib tərəfdaşdır. Neft-qaz sahəsində Azərbaycan özünün ixracının artırmağı hədəfləyir. Yaxın dövrdə ölkəmizin qaz ixracının 24 milyard kubmetrdən artıq olacağı proqnozlaşdırılır. Dövlətimizin başçısının da vurğuladığı kimi “Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut edib. Təsadüfi deyil ki, ölkəmiz ümum-Avropa qaz təchizatçısı adlandırılır. Bu gün qazımızı idxal edən 8 ölkədən 6-sı Avropa ölkəsidir”. Həmçinin Azərbaycan öz qazının satış coğrafiyasını genişləndirmək niyyətindədir. Paralel olaraq isə Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı bərpaolunan enerji mənbələrinin forlaşadırılması istiqamətində effektiv addımlar atır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

 

Bakı Enerji Həftəsində əsası qoyulan layihələr bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcıdır

Dünyanın diqqəti yenidən Azərbaycana yönəlib. İyunun 4-də öz işinə başlayan və üç gün davam edəcək Bakı Enerji Həftəsi üç mötəbər tədbiri özündə birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, 12-ci Xəzər beynəlxalq  Energetika və Yaşıl  Enerji  Sərgisi və 29-cu  Bakı Enerji forumu. İyunun 4-də keçirilən 29-cu Beynəlxalq  Xəzər Neft və Qaz Sərgisi  ötənilki tədbirdən keçən müddət ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatı oldu. Bu mühüm məqamı da nəzərə alsaq ki, builki Bakı Enerji Həftəsi Azərbaycanın bugünkü iqtisadi uğurlarının əsası olan “Əsrin müqaviləsi”nini imzalanmasının 30 illiyi ərəfəsinə təsadüf edir bu halda ölkəmizin ötən illər ərzində hansı nailiyyətlərə imza atdığını, ümumilikdə keçdiyi yolun təqdimatı bir zərurət kimi qarşımızda dayanır. Dövlət başçısı İlham Əliyev  sözügedən tədbirdəki çıxışında diqqəti ilk Xəzər Neft və Qaz sərgisinin keçirildiyi vaxta yönəldərək bildirdi ki, otuz il bundan əvvəl Azərbaycan  başqa bir ölkə idi. Ölkəmiz müstəqillik yolunda ilk addımlarını atırdı. Bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. 1993-cü il dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin həmin ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışından sonra ölkənin tarixində yeni səhifə açıldı. Ümummilli Liderin hakimiyyətə qayıdışı Azərbaycanın bugünkü uğurlarının başlanğıcı oldu. Sonrakı uğurlarımızın təməl daşı olan 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın qarşısında geniş imkanlar açdı.

Britaniyalı mütəxəssis bildirib ki, otuz il öncə Bakı Enerji Həftəsi Xəzər Neft və Qaz Sərgisi kimi işə başladı və müasir müstəqil Azərbaycanın enerji sektoruna səyahətinin ilk günləri kimi xatirələrdə qaldı. Bu il 30 illiyi qeyd olunan məşhur “Əsrin müqaviləsi”nin imzalanmasından bir qədər əvvəl buna ilkin olaraq təşəbbüs göstərildi. O vaxtdan indiyədək həmin beynəlxalq tədbir dünyanın hər bir guşəsindən enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilib, geniş silsilə mövzuları və yenilikləri əks etdirməklə əhatə dairəsini daha da genişləndirib.

Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirakı bu mötəbər beynəlxalq tədbirin aktuallığını təsdiqləməklə yanaşı, Azərbaycanın möhkəmlənən mövqeyinin göstəricisidir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarına məxsusdur.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən  tədbirlər zamanı bir sıra ikitərəfli işgüzar görüşlər də baş tutdu, sənədlər imzalandı

Azərbaycanın iqtisadi imkanlarının təqdimatına, investorların ölkəmizə gəlişinə yol açan sərgi bu gün Bakı Enerji Həftəsi adı ilə özündə mühüm  tədbirləri ehtiva edir. Ən əsası hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsinin Bakı Enerji Həftəsində müzakirə olunan  mövzular sırasına daxil edilməsi  Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji sektorunda da dövrün çağırışlarını yüksək səviyyədə cavablandırdığını nümayiş etdirir. ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemianın Azərbaycanı regionda və Avropada enerji təhlükəsizliyinin irəlilədilməsində etibarlı tərəfdaş adlandırması bunu bir daha sübut edir. Amerikalı diplomat, həmçinin belə bir əminlik ifadə edib ki, COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan etibarlı enerji təchizatçısı kimi iqlim hədəflərinə nail olunması və qlobal enerjiyə keçidin sürətləndirilməsi üçün öz mövqeyindən istifadə edə bilər.

Dövlət başçısı İlham Əliyev məhz bu təməlqoyma mərasimini önə çəkərək bildirdi ki, bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaq. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyinin anonsunu verir.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən  tədbirlər zamanı bir sıra ikitərəfli işgüzar görüşlər də baş tutdu, sənədlər imzalandı. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalandı. İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında bu ilin mayın 14-də imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir.  SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpaolunan enerji layihəsi üzrə imzalanan Səhmdarlar Sazişləri Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinə nail olmasında önəmli rol oynayacaq. Dünyada tanınmış və regionun ən böyük neft şirkətlərindən olan SOCAR sərgidə geniş təmsil olunur.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

 

Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır

Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biridir. Enerji təhlükəsizliyi dedikdə bütün ölkənin, vətəndaşların, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı ilə təmin olunması, kifayət qədər enerji tədarükünün əldə edilməsi vasitəsilə bu sahədə hər hansı təhdidlərdən müdafiəsi nəzərdə tutulur.

Bu gün dünyada sənayeləşmə və rəqəmsallaşmanın sürətlə getdiyi bir dövrdə ən əhəmiyyətli məsələlər sırasında enerji təhlükəsizliyi dayanır. Eyni vaxtda həm enerjiyə artan tələbatın təmin edilməsi, həm də qlobal ekoloji tələblərə əməl edilməsinin vacibliyi dünya ölkələrinin bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirməyə sövq edir. Bu baxımdan qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir, bərpa olunan enerji texnologiyalarının sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri “yaşıl enerji” isə keçidini sürətləndirməkdədir.

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Memarı ümummilli lider Heydər Əliyev olan Müasir Azərbaycan Respublikasının təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə – iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır. Danılmaz həqiqətdir ki, bu gün ümumilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli aktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz. Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldib. Həmçinin, dünyada gündən-günə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir.

Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır. Azərbaycanın Xəzər dənizində ona məxsus zəngin karbohidrogen ehtiyatlarını dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri ilə birgə yeni texnologiya əsasında istehsal etməsi və müstəqil marşrutlarla dünya bazarlarına çıxarması onun enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi artırmış, dünya enerji sistemindəki rolunu yüksəltmişdir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

 

Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları qeyd edərkən hər il ölkəmizdə keçirilən Bakı Enerji Həftəsini xüsus olaraq qeyd etmək olar

Prezident İlham Əliyev bu günədək müxtəlif beynəlxalq platformalarda etdiyi çıxışlarında, keçirdiyi ikitərəfli və çoxtərəfli formatlardakı görüşlərində hər zaman Azərbaycanın bu gün dünyanın, o cümlədən Avropa Qitəsinin etibarlı enerji tərəfdaşı olaraq fəaliyyət göstərdiyini səsləndirir. Azərbaycan nefti və qazı ilə dünya dövlətlərinin enerji ehtiyaclarını təmin etməklə yanaşı olaraq, bundan sonra alternativ enerji mənbələrindən məharətlə istifadə edərək, enerji siyasətini yeni çağırışlara uyğun davam etdirəcəkdir.

Bu istiqamətdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə ölkəmizin uğurla təmsil olunması, eləcə də, ölkəmizin ev sahibliyi etdiyi nufuzlu tədbirlərin keçirilməsi Azərbaycanın enerji təhlükəsizliyi sahəsində əldə etdiyi uğurların yüksək səviyyədə olmasını və dünyada bu istiqamətdə starateji tərəfdaş kimi qəbul edilməsini şərtləndirmişdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Hazırda Azərbaycan özünün uğurlu enerji siyasətinin üçüncü mərhələsinə start verib. Bu mərhələ ölkəmizdə bərpaolunan mənbələrdən “yaşıl enerji” istehsalını həyata keçirmək və onun Avropa istehlakçılarına ötürülməsini təmin etməklə bağlıdır. Bu istiqamətdə də fəal və uğurlu işlər aparılır. Bildirək ki, ölkəmiz “yaşıl enerji” konsepsiyasını azad olunmuş dogma torpaqlarımızda uğurla tətbiq edir.

Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları qeyd edərkən hər il ölkəmizdə keçirilən Bakı Enerji Həftəsini xüsus olaraq qeyd etmək olar. Bildirək ki, cari ilin iyun ayının 4-də öz işinə başlayan Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu. Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı və qloballaşan dünyanın enerji məsələləri ilə bağlı maraqlı olduğu bir sıra məsələlərə aydınlıq gətirməsi bu tədbirin yüksək statusunu təsdiqləyir. Bundan əlavə Bakı Enerji Həftəsinin keçirilməsi və açılış mərasimində Prezident İlham Əliyevin nitq söyləməsi beynəlxalq aləm üçün yol xəritəsidir.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq etmişdir. 2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il Respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapacaqdır. “Əsrin müqaviləsi” görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən təməldir. Eyni zamanda bu il Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas” sərgisinin təsis edilməsindən 30 il ötür. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. 1994-cü ildə, ümummilli lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və həmin dövrdən etibarən, “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrildi.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır

Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.

Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunacaqdır. Son dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaqdır.

Göründüyü kimi, Azərbaycanın enerji resursları ilə zəngin olmasına və dünyada ənənəvi enerjinin əsas ixracatçısı kimi tanınmasına baxmayaraq, bu gün ölkəmizdə bərpa olunan enerji mənbələrinin istehsalı və istifadəsi diqqət mərkəzindədir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin prioritet hədəflərindən biri də Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi və gücləndirilməsindən ibarətdir. Bu siyasət beynəlxalq özəl şirkətlərin qarşıya qoyulmuş çağırışlarda iştirakını yüksək dəyərləndirir və Azərbaycan hökumətinin bu kimi investorlarla yaxından əməkdaşlığını ortaya qoyur. Bu gün Azərbaycanın enerji təhlükəsizliyi siyasəti uğurla inkişaf edir. Bu gün Cənab Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi enerji təhlükəsizliyi sahəsinə də göstərdiyi xüsusi qayğı və diqqəti nəticəsində Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub. Heç şübhəsiz bu gün yüksək səviyyəli uğurların əldə olunması və inkişaf etdirilməsinin əsası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı Zəfərlər təşkil edir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki