image-qanunla-reklam
image-1658147002_1658145080153512676_1000x669

İkitərəfli əməkdaşlığa böyük töhfə

image-lady-day-az

İkitərəfli əməkdaşlığa böyük töhfə

On beş ildən artıq müddətdir Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın əsası 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumla qoyulmuş və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməsi ilə daha da gücləndirilmişdir..
Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişməsinə köməkçi olmudur. Öncə neft hasilatı, sonra qaz hasilatı başlandı,Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi və 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi. Bununla da Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur.
Enerji təhlükəsizliyi məsələləri bu gün heç bir zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük siyasi,sosial və iqtisadi əhəmiyyətə malikdir.
Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb.
Qırx dörd günlük müharibə nəticəsində Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı 157 qeqavata bərabərdir. Gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır.
Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir. Planlaşdırılmış bütün məsələlər icra olunub. Şəbəkələrin qurulması əsas məsələlərdən biridir. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Azərbaycanın güclü iqtisadı potensialı hesabına Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularla birləşdirən dəmir yolları mövcuddur.
Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində iş aparılır. Gələn ay hazırlıq işləri başa çata bilər. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var.Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Ticari dövriyyənin artırılması xalqlarımızın rifahı naminədir.

Mövlüd Cəlilov
Saatlı rayon Günəşli kənd ümumi orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki