image-qanunla-reklam
image-1695109400_2bfaefee90824e7991a1affdd7bd2aec

Heyvanların yox olması sürətlənir

image-lady-day-az

Dünyada heyvan növlərinin qrupları insan fəaliyyəti nəticəsində orta hesabla 35 dəfə sürətlə yoxa çıxır. 

“Qanunla.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə elm adamları tədqiqat aparıblar.

Alimlər son 500 ildə yaxın qohum olan heyvan növlərinin nəsli kəsilmə sürətini təhlil edərək belə qənaətə gəliblər ki, insanlar olmasaydı, onların yox olması üçün 18 min il lazım olardı. 1500-cü ildən bəri ən azı 73 növ məməlilər, quşlar, sürünənlər və suda-quruda yaşayanların nəsli kəsilib.

Yaxın illərdə yaşayış mühitinin məhv edilməsi, iqlim böhranı və qeyri-qanuni vəhşi təbiət ticarəti səbəbindən itkilərin sürətlənəcəyi proqnozlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki